Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulaməli Rəşid (fars. غلامعلی رشید‎; 24 sentyabr 1953, Dezful, Xuzistan ostanı – 13 iyun 2025, Tehran) — İranın general-mayor hərbi rütbəsində olan hərbi liderl

Qulaməli Rəşid

  • Ana Səhifə
  • Vikipediya
  • Qulaməli Rəşid

Qulaməli Rəşid (fars. غلامعلی رشید‎; 24 sentyabr 1953, Dezful, Xuzistan ostanı – 13 iyun 2025, Tehran) — İranın general-mayor hərbi rütbəsində olan hərbi liderlərindən biri.

Qulaməli Rəşid
fars. غلامعلی رشید‎
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1953(1953-09-24)
Doğum yeri
  • Dezful, Dezful şəhristanı, Xuzistan ostanı, İran
Vəfat tarixi 13 iyun 2025(2025-06-13) (71 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat səbəbi hava zərbəsi
Vətəndaşlığı
  •  Pəhləvilər İranı[d]
  •  İran
Təhsili
  • Tehran Universiteti,
  • Tərbiyət Müdərris Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İslam İnqilabı Keşikçiləri Korpusu
Rütbəsi
  • general-leytenant
Döyüşlər
  • İran–İraq müharibəsi,
  • İsrailin İrana zərbələri (2025)[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur (92-ci tank diviziyası, Əhvaz). Tehran Universitetində siyasi coğrafiya üzrə magistr, Tərbiət Modares Universitetində isə siyasi coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

O, 1972-ci ildən şah əleyhinə olan fəaliyyətlərdə iştirak etmişdir. O, iki dəfə həbs edilmiş və hər həbsində də bir il həbsdə yatmışdır (həbsxanada olarkən İslam İnqilabı Keşikçiləri Korpusunun gələcək rəhbərlərindən biri olacaq Möhsün Rezayi ilə görüşmüşdür).

O, İran–İraq müharibəsi zamanı ölkənin əsas hərbi liderlərindən birinə çevrilmiş və eyni zamanda daİslam İnqilabı Keşikçiləri Korpusunun yüksəksəviyyəli komandirlərindən biri olmuşdur. 1985–1998-ci illər arasında İnqilab Keşikçiləri Korpusunda xidmət etmişdir.

1998–2015-ci illər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuşdur. 1999-cu ildə Tehranda tələbə iğtişaşlarının yatırılmasından sonra o, prezident Məhəmməd Xatəmiyə baş verənlərlə bağlı məlumat verən və etirazları yatırmaq üçün ordunun çağırılmasından narazılıqlarını bildirmək üçün məktub yazmış 24 İslam İnqilabı Keşikçiləri Korpusu zabitindən biri olmuşdur. 2000-ci ildən general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

2015-ci ildən etibarən isə o, Xatəmül-Ənbiya mərkəzi bazasının komandiri olmuşdur. Bu baza İran Silahlı Qüvvələrində silahlı qüvvələrin əməliyyatlarının planlaşdırılması, əlaqələndirilməsi və operativ rəhbərliyinə cavabdeh olan ən yüksək operativ hərbi hissə və İran Silahlı Qüvvələrinin Baş Qərargahının nəzdində fəaliyyət göstərən ən mühüm hərbi komanda mərkəzidir.

O, İranın ən yüksəksəviyyəli və nüfuzlu hərbi zabitlərindən biri hesab olunurdu. ABŞ Maliyyə Nazirliyi onu 13 noyabr 2018-ci ildə özünün sanksiyalar siyahısına əlavə etmişdir.

13 iyun 2025-ci ildə İsrailin hava hücumları nəticəsində öldürülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulaməli Rəşid haqqında məlumat. Qulaməli Rəşid nədir? Qulaməli Rəşid nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Baccharis

  • Fevral 27, 2026

    Yağmur Atsız

  • Fevral 27, 2026

    Sol mədəcik

  • Fevral 27, 2026

    Lobamba

  • Fevral 27, 2026

    İsmailiyyə Sarayı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst