Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını mu

Qrup Yorum

  • Ana Səhifə
  • Vikipediya
  • Qrup Yorum

Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı Türkiyə musiqi qrupu. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır.

Grup Yorum
Əsas məlumatlar
Üslub folk-rok
protest musiqi
Fəaliyyət illəri 1985—h.h.
Ölkə Türkiyə Türkiyə
Heyət Selma Altın
İnan Altın
Eren Olcay
Ali Aracı
Caner Bozkurt
Cihan Keşkek
İbrahim Gökçek
İhsan Cibelik
Ezgi Dilan Balcı
Ayfer Rüzgar
Seçkin Taygun Aydoğan
www.grupyorum.net

Mündəricat

Tarixi

1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir. Qrup yaradılma mərhələsində ilk olaraq Əziz Nesinin hekayələri əsasında qurulan tamaşanın mahnılarını bəstələmiş, sonra isə "Bana Bir Türkü Söyüleyin Yarınlara Uzansın" adlı konsert vermişdir.

Tərz

Qrup Yorum təkcə türkcə yox, eyni zamanda Anadoluda danışılan digər dillərdə - kürd, laz, ərəb, çərkəz dillərində də mahnılar səsləndirir. Mahnılarında mey, bağlama, qaval kimi yerli musiqi alətlərilə yanaşı, gitara başda olmaqla skripka, trampet, violençel və obua kimi yerli olmayan bir çox musiqi alətlərindən də istifadə etmişlər. Qrupun mahnılarının sözləri anti-imperialist mübarizə, həbsxana qətliamları, imperializm müharibələri, ölüm, sevgi və azad bir dünyaya duyulan həsrət kimi mövzularla zəngindir. Qrup Yorum 25-ci ilini 12 iyun 2010-cu ildə İnönü Stadionunda verdiyi konsertlə qeyd etdi. Konsertdə Suavi, Əli Primera, Yasəmən Göksu, Tuncəl Kurtiz, Nejat Yavaşoğulları və başqa bir çox sənətçilər Yoruma dəstək oldular. Bu konsert Türkiyədə biletlə təşkil olunan ən kütləvi konsert kimi tarixə düşdü. Bundan başqa, Qrup Yorum 17 aprel 2011-ci ildə pulsuz təşkil etdiyi "Tam Bağımsız Türkiye" adlı xalq konsertində 150 min tamaşaçı qarşısında çıxış etmişdir.

Qrup haqqında yazılmış əsərlər

Haqqında bir çox araşdırma yazıları və kitablar çap olunan Qrup Yorumu mətbuat "Həbsxana musiqiçiləri", dinləyicilər isə "Qar maşını" adıyla xatırlayırlar. Qrup haqda 2 kitab çap olunub:

  1. Qrup Yorum. "Qar maşını" (2000) İstanbul, Tavır Yayınları;
  2. Orxan Kahyaoğlu. "Sıyrılıb gələn Qrup Yorum" (2000) İstanbul, Dharma Yayınları

Təsirləndikləri sənətçilər

  • Pir Sultan Abdal
  • Nazim Hikmət
  • Əhməd Arif
  • Ruhi Su
  • Mahzuni Şerif
  • Victor Jara
  • Mersedes Sosa
  • İnti İllimani
  • Quilapayun
  • Mikis Teodorakis

Diskoqrafiya

  • Sıyrılıp Gelen (1987)
  • Haziranda Ölmek Zor / Berivan (1988)
  • Türkülerle (1989)
  • Cemo / Gün Gelir (1989)
  • Gel ki Şafaklar Tutuşsun (1990)
  • Yürek Çağrısı (1991)
  • Cesaret (1992)
  • Hiç Durmadan (1993)
  • İleri (1995)
  • Geliyoruz (1996)
  • Marşlarımız (1997)
  • Boran Fırtınası (1998)
  • Kucaklaşma (1999)
  • 15. Yıl Seçmeler (2000)
  • Feda (2001)
  • Eylül (2001)
  • Yürüyüş (2003)
  • Biz Varız (2003)
  • Yıldızlar Kuşandık (2006)
  • Başeğmeden (2008)
  • Halkın Elleri (2013)
  • Ruhi Su (2015)
  • İlle Kavga (2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qrup Yorum haqqında məlumat. Qrup Yorum nədir? Qrup Yorum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gəlir vergisi

  • Fevral 27, 2026

    O-dö-Sen

  • Fevral 25, 2026

    Kimmerlər

  • Fevral 27, 2026

    Güllü qafiyə

  • Fevral 27, 2026

    Aşağı Kartli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst