Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.

Qollu-budaqlı sarılıqotu

  • Ana Səhifə
  • Vikipediya
  • Qollu-budaqlı sarılıqotu

Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.

Qollu-budaqlı sarılıqotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Kələmçiçəklilər
Fəsilə:
Kələmkimilər
Cins:
Sarılıqotu
Növ:
Qollu-budaqlı sarılıqotu
Beynəlxalq elmi adı
  • Erysimum diffusum Ehrh.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  823139
NCBI  913017
EOL  5145779

Mündəricat

Botaniki xarakteristikası

İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.

Bitkinin yerüstü hissələri, budaqlanan gövdəsi, yarpaqları, çiçəkləri və yetişməmiş meyvələri bərabər dərəcədə inkişaf edir. Gövdəsi azacıq qabırğalı, nazik şırımlı olub, uzunluğu 30 sm-ə qədərdir. Yarpaqları növbəli, xətti-uzunsov və ya xətti-neştərvari, əsasından daralmış, tədricən qısa saplağa keçən, kənarları dayaz dişcikli və ya bütövkənarlı olub, uzunluğu 3-6 sm, eni isə 0,5 sm-ə bərabərdir. Çiçəkqrupları yumşaq fırçadan ibarətdir. Çiçəkləri düz, kasacığı uzunsov və ya neştərvari, 4 kasayarpağından ibarətdir. Ləçəkləri 4 ədəd olub, tutqun-sarı rənglidir. Meyvələri dörd dənli qından ibarət, yastılaşmış, uzunluğu 7 sm, eni isə 1 mm-ə qədərdir. Xammalın rəngi sarımtıl-yaşıl olub, zəif iylidir.

Çöllərdə, quru çəmənliklərdə, küknar meşəliklərində, meşə kənarlarında, talalarda, dəmiryol və şose yolu kənarlarında yaşayır.

Çiçəkləmə dövründə hündürlüyü ən azı 10 sm olduqda otbiçənlə biçmək lazımdır. Toplanıldıqdan 48 saatdan gec olmayaraq qurudulmalıdır.

 B siyahısına daxildir. İki sutqadan gec olmayaraq qurudulmalıdır.

Tərkibi və təsiri

Bitkinin tərkibində başlıca olaraq toxumlarında 6%-ə qədər, yarpaqlarında 1-1,5%, gövdəsində isə 0,5-0,7% ürək qlükozidləri vardır.

Kardiotonik  dərmandır (ürək glikozidi). Çiçəkləmə dövründə toplanılır. Mədəni ikiillik bitki olan qolbudaqlı sarılıqotu xammal kimi keyfiyyətli dərman bitkisidir.

Kardioviolen damcısı (şirəsinin komponenti və ya ekstraktı). Kardiotonik və sedativ dərmandır.

Xammal kimi qolbudaqlı sarılıqotundan alınan sokdan kardioviolen alınır. Kardioviolen kompliks preparat olub, ürəyin revmatik qüsurlarında, kardioskelerozda, ürək qan dövranı çatmamazlıqlarında, hətta stenokardiyada və vegetativ  nevrozlarda istifadə edilir.

1ml konservləşdirilmiş spirtdə olan sokunda (1:1) nisbətində bioloji aktiv maddə olur. Rütubət ən azı 65%, kül 10%, yarpaq və digər hissəcikləri 3%, üzvi maddələr 1%, mineral maddələr isə 1%-dən çox deyildir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qollu-budaqlı sarılıqotu sözünün mənası, qollu-budaqlı sarılıqotu haqqında məlumat. qollu-budaqlı sarılıqotu nədir? qollu-budaqlı sarılıqotu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Polad (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Maykl

  • Fevral 24, 2026

    Həqiqət

  • Mart 01, 2026

    Sısert

  • Mart 06, 2026

    Transneptun obyektlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst