Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922, İlisu, Zaqatala qəzası[d] – 11 sentyabr 1988, Bakı) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961).

Qeybulla Rəsulov

  • Ana Səhifə
  • Vikipediya
  • Qeybulla Rəsulov

Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922, İlisu, Zaqatala qəzası[d] – 11 sentyabr 1988, Bakı) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961).

Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu
Doğum tarixi 18 mart 1922
Doğum yeri İlisu, Qax, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 sentyabr 1988 (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Uşağı
  • Eldəniz Rəsulov
Fəaliyyəti dramaturq

Mündəricat

Həyatı

1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935–1939). Ordu sıralarına çağırılmış, İkinci Dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953–1955).

Yaradıcılığı

Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955–1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958–1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir. 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir.

Vəfatı

1988-ci il sentyabrın 11-də Bakıda vəfat etmişdir.

Ailəsi

  • Aktyor Eldəniz Rəsulovun atasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qeybulla rəsulov sözünün mənası, qeybulla rəsulov haqqında məlumat. qeybulla rəsulov nədir? qeybulla rəsulov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Viktoriya (əyalət)

  • Mart 02, 2026

    Əbülqasım əz-Zəhravi

  • Fevral 26, 2026

    E.ə. 558

  • Fevral 27, 2026

    Tomas Kun

  • Fevral 27, 2026

    Şotlandiya maarifçiliyi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst