Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi rəsm əsəri. Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Qaçqın xanım

  • Ana Səhifə
  • Vikipediya
  • Qaçqın xanım

Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi rəsm əsəri. Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Qaçqın xanım
Rəssam Bəhruz Kəngərli
Tarixi 28 iyun 1920
Üslubu portret
Ölçüləri 20 sm × 13,3 sm
Saxlanıldığı yer
  • Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən "Qaçqınlar" silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.

Tarixi

Bəhruz Kəngərlinin əsərləri arasında onun "Qaçqınlar" silsiləsi xüsusi yer tutur. Naxçıvana gəlmiş müxtəlif yaşlı bu qaçqınlara xüsusi diqqət yetirənlərin sırasında gənc rəssam da olmuşdur.

Bu silsiləsində yer almış "Qaçqın xanım" əsəri bədii-estetik tutumuna və bədii-etnoqrafik əlamətlərinə görə başqalarından seçilir. Sulu boya ilə çəkilən portretin ölçüsü 20x13,3 sm-dir. Əsər 1946-cı ildə vətəndaş N. Kəngərlidən muzey üçün alınmışdır. Rəssamın əsərlərinin 1957-ci ildə nəşr olunmuş kataloqunda bu portret haqqında belə yazılıb: “Əsərin üzərində - yuxarı sol tərəfdə tarix və qeyd vardır: "Qaçqın xanım", 28 iyun 1920-ci il".

Bəhruz bəy Kəngərli həyat yoldaşı Hürnisə ilə, təx. 1918-ci il

Sənətşünas Ziyadxan Əliyevin apardığı araşdırmalar göstərir ki, burada Bəhruz Kəngərli öz həyat yoldaşını təsvir etmişdir. Həmin əsərdə təsvir olunan qadının Bəhruz bəyin həyat yoldaşı olduğunu rəssamın bacısı Mənsurə xanım (1912–1976) sağlığında həmişə yaxınlarına deməyini Mənsurə xanımın rəssam oğlu Xanlar Corat (Məmmədov) təsdiqləmişdir. Bunu onun həyat yoldaşı ilə birlikdə çəkdirdiyi foto da təsdiqləyir.

Deyilənə görə, onların evliliyi 1918-ci ildə baş tutub və bu uzun çəkməyib, onlar iki ildən sonra ayrılıblar. Uşaqları olmayıb. O da məlumdur ki, həmin xanım sonradan Naxçıvanda Lotu Hüseyn kimi tanınan bir şəxsə ərə gedib və 1964-cü ildə vəfat edib. Bizə məlum olan evlilik fotosunun "Qaçqın xanım"la tutuşdurulması da bu qadınların oxşarlığını təsdiq edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaçqın xanım haqqında məlumat. Qaçqın xanım nədir? Qaçqın xanım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Rutven

  • Fevral 27, 2026

    Adil

  • Mart 01, 2026

    Abdulla Vəliyev

  • Mart 01, 2026

    Sarıca

  • Fevral 27, 2026

    Ortarus yüksəkliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst