Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə

Qazma baltası

  • Ana Səhifə
  • Vikipediya
  • Qazma baltası

Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir.

Təsnifatı

3 dişli,diyircəkli qazma balatsı

Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli.

Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur. Gövdələri bütöv və ya yığılabilən hazırlanır. Almaz balatlar polad gövdədən və almaz daşıyan başlıqdan ibarətdir. Baltanın mərkəzi hissəsi konus şəkilli, içəriyə batmış olur. Burada yuyucu mayenin axması üçün kanallar yerləşdirilir. Baltanın kəsən hissələrinə almaz dənəciklər yapışdırılır. Konstruksiyasına görə spiralşəkilli, radial və pilləli almaz başlıqları mövcuddur.

Kürəkli baltalarda verilən gücün təsiri altında kürəklər suxura bataraq onu ovur. Baltanın gövdəsində olan deşikdən yüksək sürətlə verilən maye quyunu yumağa xidmət edir. Bu növ alətlər adətən yumşaq yerlərin qazılmasında tətbiq olunur. Almaz baltaların uzunömürlülüyü diyirlənən başlıqlı baltalara nisbətən dəfələrlə yüksəkdir.

İstinad

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qazma baltası sözünün mənası, qazma baltası haqqında məlumat. qazma baltası nədir? qazma baltası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bərmək mahalı

  • Mart 01, 2026

    .tn

  • Fevral 27, 2026

    Vakuol

  • Fevral 24, 2026

    Şahnabadçay

  • Fevral 27, 2026

    Çatalhöyük

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst