Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Qaziantepspor" İK (türk. Gaziantepspor) — Türkiyənin Qaziantep şəhərini təmsil edən peşəkar köhnə futbol klubu.

Qaziantepspor FK

  • Ana Səhifə
  • Vikipediya
  • Qaziantepspor FK

"Qaziantepspor" İK (türk. Gaziantepspor) — Türkiyənin Qaziantep şəhərini təmsil edən peşəkar köhnə futbol klubu.

Qaziantepspor
Loqonun şəkli
Klubun tam adı Qaziantepspor İdman Klubu
Ölkə Türkiyə
Ləqəb(lər) Şahinlər
Cənub ulduzu
Rəng(lər) Qara-qırmızı
Yaranma tarixi 25 aprel 1969
Bağlama tarixi 31 İyul 2020
Stadionu Kalyon Stadionu
Tutumu 33.502
Liqa Regional Həvəskarlar Liqası
2019-20 Liqadan çəkildi
Ev forması
Səfər forması
Üçüncü forma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1969-cu ilin 25 aprelində qurulan klub, 1974-cü ildən bəri oyunlarını 2017-ci ilə qədər Kamil Ocaq stadionunda oynamaqda idi. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir.

Mündəricat

Tarixçə

Qaziantep şəhərində ilk idman təşkilatı 1923-cü ildə qurulmuşdur. Bu təşkilat şəhərin Amerikan kollecində yaradılmışdı. Daha sonra Qaziantep Ticarət İdarəsi də məktəbdə bir futbol şöbəsi açdı. Bir neçə il sonra digər şəhərlərdə təhsil alan qaziantepli gənclər birləşərək "Altınişıq" idman klubunu yaratdılar. Bu klubu quranlar M. Əli Budaq, Əli Kamal Ocaq, Əhməd Barlas, Bəşir Akınalp və Taha idi. Həmin il Kilisdə də "Kilis İdman Yurdu" İdman Klubu quruldu. 1927-ci ildə "Altınişıq"dan ayrılan bir qrup "Türk-ocağı" İdman Klubunun əsasını qoydular. Bu qrupun başında Kamil Ocaq dayanırdı.

1929-ci ildə "Altınışıq" İK dağıldı, əvəzinə sənətkarlardan ibarət "Sənətkarlar" İK yaradıldı. 1931-ci ildə "Türk-ocağı" İK Xalq Partiyasının himayəsində "Sənətkarlar" ilə birləşərək "Qaziantep İdman Yurdu" adını aldı.

"Qaziantep İY" klubunun futbol komandası həmin dövrdə Türkiyə İdman Cəmiyyətlərinin üzvü olmadığından ancaq yoldaşlıq oyunları keçirə bilirdi. 1932-ci ildə klub dağıdıldı. Şəhərdəki futbol fəaliyyətləri 1938-ci ilə qədər "Xalq evləri" tərəfindən nəzarət olundu. 1936-cı ildə Türkiyə İdman Cəmiyyətlərinin əvəzinə Türk İdman Qurumu yaradıldı.

Cumhiriyyət Xalq Partiyası 1938-ci ildə "Çinarlı" klubunu təsis etdi. Bir il sonra (1939) sonra "Qaziantep Gənclik" və "Şəhrəküstü" açıldı. Bu üç klub Qaziantepin ilk rəsmi klublarındandır.

"Qaziantepspor" futbol klubunun əsası 24 aprel 1969-cu ildə qoyulmuşdur.

Qaziantep şəhərinin tanınmış şəxslərindən Əbdulqadir Baturun başçılığı ilə "Qaziantepspor" klubunun yaradılması üçün ilk işlər başladıldı. Daha onra davam edən müzakirələr nəticəsində 58 nəfərin iştirakı ilə 24 aprel 1969-cu ildə "Qaziantepspor" yaradıldı.

"Qaziantepspor"un ilk prezidenti Bəşir Bayram seçildi. "Qaziantepspor" ilk qurulduğu ili yoldaşlıq oyunları keçirərək tamamladı. Komanda 1970-ci ildə qüvvəyə minən və il komandalarının birbaşa Türkiyə 3-cü liqasına çıxmasına şərait yaradan qərarnamə vasitəsilə 1970-71 mövsümündə ilk dəfə Türkiyə liqalarında mübarizə aparmağa başladı.

Prezidentlər

PrezidentİlPrezidentİlPrezidentİl
Bəşri Bayram1969-1971Ömər Köylüoğlu1971Hasan Nehir1972
Halit Güləç1972-1973Muhittin Göymən1974-1975Hayri Tütüncülər1975
Saib Konukoğlu1976-1978Ata Aksu1978-80Həlil Qırmızı1980-81
Əli İhsan Göğüş1981-82Mehmet Batallı1982Bəktaş Göçmən1983
Saib Konukoğlu1983-1985Səlahəttin Dəmirat1984Ömər Arpacıoğlu1985-1987
Ata Aksu1986-1987Əli Şahindal1987-1988Əbdülqədir Konukoğlu1988-1992
Əhməd Yılmaz1992-1993Cəlal Doğan1993-2006İbrahim Qızıl2006-2017
Huzəyfə Durmaz2017-2018Hasan Şahin2018-2020Mutlu Özpinəci2020-2022

Stadion

"Qaziantepspor" ev oyunlarının Kamil Ocaq stadionunda keçirdi. Stadionun açılışı 1974-cü ildə baş tutmuşdur. Stadionun tikilməsində Türkiyə millət vəkili Kamil Ocaq böyük rol oynamışdır. 16.981 nəfər azarkeş qəbul edə bilən stadionun bütün tribunlarının üzəri örtüldür. Qaziantep şəhərində yerləşən yeganə peşəkar stadiondur. Meydançasının ölçüsü 105 x 68 metrdir, ot örtüyü təbiidir.

Simvolika

Rəng

Klub 1969-cu ildə qurulduğunda klub rənglərinin Birinci dünya müharibəsində Qaziantep müdafiəsində şəhid olan 6317 nəfərin xatirəsinə yas rəngi qara və qan rəngi qırmızının olması qərara alınmışdır.

Loqo

"Qaziantepspor"un müasir loqosu Cəlal Doğanın istəyi ilə dizayn edilmişdir. Loqoda Qaziantepin simvolu şahin, Şəhidlər abidəsi, paxlava dilimləri və Qaziantep qalasının təsviri var. Bu loqo İsveçrədə keçirilən "Ən gözəl loqo" müsabiqəsində 2-ci yeri tutmuşdur.

Avropa

Mövsüm Turnir Mərhələ Ölkə Klub Hesab Xal
1999 UEFA İntertoto Kuboku Qrup Belçika Lyers 0-1 0.0
Qrup Macarıstan Vasaş 3-2
Qrup Niderland Qroningen 1-1
Qrup Estoniya Trans Narva 0-0
2000-01 UEFA Kuboku 1T İspaniya Deportivo Alaves 0-0, 3-4 1.0
2001-02 UEFA Kuboku 1T Moldova Zimbru 0-0, 4-1 2.5
1T İsrail Hapoel Tel-Əviv 0-1, 1-1
2003-04 UEFA Kuboku 1T İsrail Hapoel Tel-Əviv 1-0, 0-0 9.0
2T Fransa RC Lens 3-0, 3-1
3T İtaliya Roma 1-0, 0-2
2011-12 UEFA Kuboku 2T Belarus Minsk 1-1, 4-1
3T Polşa Legiya 0-1, 0-0

UEFA oynadığı maçlar

Turnir O Q H M VQ BQ
UEFA Kuboku/UEFA Avropa Liqası166642113
UEFA İntertoto Kuboku412144
Cəmi207852517

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qaziantepspor fk sözünün mənası, qaziantepspor fk haqqında məlumat. qaziantepspor fk nədir? qaziantepspor fk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bozkurt Ergör

  • Mart 01, 2026

    X Piy

  • Fevral 27, 2026

    Nəcis

  • Fevral 10, 2026

    Frans-İosif Torpağı

  • Fevral 27, 2026

    Məhəmmədəli Füruği

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst