Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazaxıstanın bayrağı və ya Qazax bayrağı (qaz. Қазақстан туы) 4 iyun 1992-ci ildə qəbul edilərək Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağını əvəz etmiş

Qazaxıstan bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Qazaxıstan bayrağı

Qazaxıstanın bayrağı və ya Qazax bayrağı (qaz. Қазақстан туы) 4 iyun 1992-ci ildə qəbul edilərək Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağını əvəz etmişdir. Bayraq Şaken Niyazbəyov tərəfindən hazırlanmışdır.

Qazaxıstan
Təfərrüatlar
Ləqəb Қазақстан Республикасының мемлекеттік туы
Proporsiya 1:2
Dizayn Mavi rəngli for üzərində yüksələn qızılı rəngli çöl qartalı və onun yuxarısında 32 şüası olan qızılı günəş. Qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlı milli naxış
Dizayner Şaken Niyazbəyov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təsvir

Qazaxıstan Respublikasının dövlət bayrağı səma mavisi rəngli fon üstündə ucalan qızılı çöl qartalı və onun üzərindəki 32 şüalı qızıl günəşə malikdir. Bayrağın qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlanan milli naxış var. Mavi rəng türk xalqları üçün dini əhəmiyyət daşıyır və beləliklə mədəni və etnik birliyi simvollaşdırır. Bu rəng su ilə yanaşı sonsuz səmanı da təmsil edir. Həyat və enerji mənbəyi olan günəş isə zənginliyi və yüksəkliyi təmsil edir. Günəş şüaları bolluq və rifahın simvolu olan taxıl formasındadır. Qartal isə əsrlər boyu Qazax tayfalarının bayraqlarında peyda olaraq azadlığı, gücü və gələcəyə uçuşu təmsil etmişdir. Bayrağın ölçü nisbəti 1:2 kimidir.


Rənglər
Mavi Sarı
RAL 5012 1021
CMYK 100-13-0-20 0-22-98-0
HEX #00B1CB #FEC604
RGB 0–177-203 254–198-4

Simvolizm

Bayrqadakı qızılı və mavi rənglər müvafiq olaraq keçmiş sovet bayrağındakı çəkic-oraqdan və bayrağın altındakı mavi zolaqdan miras qalımışdır. Kənardakı naxış isə köhnə xanlığın və qazax xalqının sənət və mədəniyyət ənənələrini təmsil edir. Mavi rəngli fon günümüzdəki əhalini təşkil edən qazax, tatar, uyğur və özbək kimi müxtəlif türk xalqları da daxil olmaqla qazax xalqının barışığını, azadlığını, mədəni və etnik birliyini simvollaşdırır. Günəş həyat və enerji mənbəyini təmsil edir. Bu, həm də sərvət və bolluğun simvoludur; günəş şüaları bolluq və firavanlığı təmsiil edən taxıl formasındadır.

Qızılı rəngli qartal yüzillər boyu qazax qəbilələrinin bayraqlarında mövcud olmuşdir. Qartal dövlətin gücünü simvollaşdırır. Müasir Qazax milləti üçün qartal həm də müstəqillik, azadlıq və gələcəyə uçuş simvoludur.

Tarixi bayraqlar

  • Qazax xanlığının bayrağı
    Qazax xanlığının bayrağı
  • 1918-ci ilə qədər Rusiya İmperiyasının və Rusiya Respublikasının bayrağı
    1918-ci ilə qədər Rusiya İmperiyasının və Rusiya Respublikasının bayrağı
  • 1917-1920-ci illər arasındakı Alaş Muxtariyyəti
    1917-1920-ci illər arasındakı Alaş Muxtariyyəti
  • 1937-1940-cı illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağı
    1937-1940-cı illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağı
  • 1940-1953-cü illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağı
    1940-1953-cü illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağı
  • 1953-1991-ci illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının və 1991-1992-ci illərdə müstəqil Qazaxıstanın bayrağı
    1953-1991-ci illərdə Qazaxıstan Sovet Sosialist Respublikasının və 1991-1992-ci illərdə müstəqil Qazaxıstanın bayrağı

Variantlar

  • Qazaxıstan silahlı qüvvələrinin bayrağı
    Qazaxıstan silahlı qüvvələrinin bayrağı
  • Milli emblemi də əks etdirən prezident standartı
    Milli emblemi də əks etdirən prezident standartı

Qalereya

  • 2012-ci il London Yay Olimpiya Oyunlarında kişilərin velosipedsürmə yarışlarında qazax bayrağını jantlara taxan Aleksander Vinokurov
    2012-ci il London Yay Olimpiya Oyunlarında kişilərin velosipedsürmə yarışlarında qazax bayrağını jantlara taxan Aleksander Vinokurov
  • Qazaxıstanın Moskvadakı səfirliyindəki Qazaxıstan bayrağı.
    Qazaxıstanın Moskvadakı səfirliyindəki Qazaxıstan bayrağı.
  • Milli rənglərdəki T-72 tankı.
    Milli rənglərdəki T-72 tankı.
  • Qazaxıstan bayrağını tutan izdiham.
    Qazaxıstan bayrağını tutan izdiham.
  • Dalğalanan Qazaxıstan bayrağı
    Dalğalanan Qazaxıstan bayrağı
  • Qazaxıstan bayrağını tutan tamaşaçılar
    Qazaxıstan bayrağını tutan tamaşaçılar
  • Stokholmdakı İsveç səfirliyində asılmış Qazaxıstan bayrağı.
    Stokholmdakı İsveç səfirliyində asılmış Qazaxıstan bayrağı.
  • 2015-ci il Moskvanın Qələbə Günü paradından Qazaxıstan kontingenti dövlət bayrağı ilə
    2015-ci il Moskvanın Qələbə Günü paradından Qazaxıstan kontingenti dövlət bayrağı ilə
  • Şaquli olaraq asılmış dövlət bayrağı
    Şaquli olaraq asılmış dövlət bayrağı

Həmçinin bax

  • Qazaxıstan gerbi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qazaxıstan bayrağı haqqında məlumat. Qazaxıstan bayrağı nədir? Qazaxıstan bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Poliandriya

  • Fevral 27, 2026

    Phasianidae

  • Fevral 27, 2026

    Bavariya kralı

  • Fevral 27, 2026

    Niğdə

  • Fevral 24, 2026

    7 sentyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst