Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Qazaxlar məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Qazaxlar məscidi

Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Qazaxlar məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Təbriz küçəsi, 145
Tikilmə tarixi 1886
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3990
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°40′11″ şm. e. 46°20′04″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Tarixi

Qazaxlar məscidinin əsas girişində portal

Məscid 1886-cı ildə Gəncə şəhərinin Qazaxlar məhəlləsində tikilib. Qazaxlar məscidi Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir.

1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Azərbaycan öz müstəqilliyini qazandıqdan Təbriz küçəsində yerləşən abidə yenidən məscid kimi istifadəyə verilmişdir. Hazırda bu abidədə məscid kimi istifadə olunur.





Məscidin tikintisinə yerli sakin Məşədi Allahverdi Kərbəlayı Rüstəm oğlu rəhbərlik etmişdir. Onun qəbri məscidin həyətindədir.

Memarlığı

Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12–20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin içəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış işləri yoxdur.


Məscidin həyətyanı sahəsi 1000 kv.metr, iç sahəsi isə 15x15 metrdir.


Mehrabı əsas giriş qapısı ilə üzbəüz yerləşib. Mehrab tağvari formada olub, hündürlüyü 3,5 metrdir. Məscidin divarlarının qalınlığı 0,80-1,20 metrdir. Əsas giriş qapısının ön tərəfində baştağ yerləşib. Baştağdan sağ və sol tərəfdə iki yardımçı otaq var. Baştağdan içəridə isə ibadət zalı yerləşib. Məscidin binası düzbucaqlı formadadır.

Həmçinin bax

  • Qazaxlar məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qazaxlar məscidi haqqında məlumat. Qazaxlar məscidi nədir? Qazaxlar məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    .kr

  • Fevral 27, 2026

    Arqonavtlar

  • Fevral 27, 2026

    Oyun

  • Fevral 24, 2026

    Modul

  • Fevral 27, 2026

    Koryö

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst