Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı qidadır. Xüsusilə kalsiumla zəngindir.

Qatıq

  • Ana Səhifə
  • Vikipediya
  • Qatıq

Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı qidadır. Xüsusilə kalsiumla zəngindir.

Kasaya qoyulmuş qatıq

Qatıq Qafqazda çox qədim zamanlardan hazırlanan turşudulmuş süd məhsuludur. Bakterial mayadan və texnololi proseslərdən asılı olaraq qatığın Adi, Meçnikov, Cənub, Asidofil, Ryalenka, Varenes və s. çeşidi istehsal edilir. Azərbaycanda əsasən qoyun, inək və camış südündən qatıq hazırlanır.

Adi qatıq istehsalında süd turşusunu qıcqırdan mezofil streptokokk bakteriyalardan hazırlanmış mayadan istifadə olunur. Mayalanma 36–38°Cdə 6 saatadək başa çatır. Adi qatığın yağlılığı 3,2%, turşuluğu 11–12° T-dir.

Meçnikov qatığının istehsalında termofil süd turşusunu qıcqırdan bakteriyalardan əlavə bolqar çöplərindən də istifadə olunur. Mayalanma 40–45°C-də 3–4 saata başa çatır. Yağlılığı 3,2% və 6%, turşuluğu 13–14° T-dir.

Asidofilli qatıq istehsalında süd 85–90°C-də pasterizə edilir, 40–45°C-yə qədər soyudulur, üzərinə asidofil və bolqar çöplərindən hazırlanmış mayadan, südün kütləsinin 5%-i qədər əlavə edilir. 42–45°C-də 4–5 saat termostatda saxlanılır. Müsbət 5–8° C-yə qədər soyudulur. Yağlılığı 3,2%, turşuluğu 10–14° T-dir.

Ryalenka qatığının istehsalında termofil süd turşusunu qıcqırdan streptokokklardan istifadə edilir. Mayalanma 45°C-də 2,5–3 saata başa çatır. Rəngi açıq qəhvəyidir. Ondan 3% zərdab ayrılması normaldır. Yağlılığı 4% və 6%, turşuluğu 11–12° T-dir.

Cənub qatığının istehsalında süd turşusunu qıcqırdan streptokokklardan və bolqar çöplərindən 4:1 nisbətində istifadə edilir. Qıcqırdılma 37°C-də 4–5 saat davam edir. Bunun dadı süd turşulu, konsistensiyası bircinsli, xamayabənzər olmaqla rəngi ağdır. Yağlılığı 3,2%, turşuluğu 9–12° T-dir.

Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir.

Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir.

Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qatıq haqqında məlumat. Qatıq nədir? Qatıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məşədixanım Nemət

  • Fevral 26, 2026

    Nöyi-sür-Sen

  • Fevral 23, 2026

    10 iyun

  • Fevral 27, 2026

    II Fərruxzad

  • Fevral 27, 2026

    Otrar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst