Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qasım Mustafayev (22 dekabr 1928 – 6 aprel 1989) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent.

Qasım Mustafayev

  • Ana Səhifə
  • Vikipediya
  • Qasım Mustafayev

Qasım Mustafayev (22 dekabr 1928 – 6 aprel 1989) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent.

Qasım Mustafayev
Mustafayev Qasım Əli oğlu
Doğum tarixi 22 dekabr 1928
Doğum yeri Ağbaba mahalı, Güllübulaq kəndi
Vəfat tarixi 6 aprel 1989 (60 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi

Həyatı

Qasım Əli oğlu Mustafayev 1928-ci ildə Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Atası 1937-ci il repressiyasının qurbanı olmuşdur. Qasım Mustafayev 1942-ci ildə Güllübulaq 8 illik məktəbinin 7 sinfini bitirdikdən sonra təhsilinə ara vermək məcburiyyətində qalmış və iki il kolxozda işləmişdir. O, 1945-ci ildə səkkizinci sinfi bitirdikdən sonra İrəvan Pedaqoji məktəbinə daxil olmuş, oranı 1947-ci ildə bitirmişdir. Həmin il İrəvan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur.

1950-ci ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı şöbələri Azərbaycana deportasiya edildiyi üçün təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1951-ci ildə təyinatla Naxçıvan Müəllimlər İnstitutuna işləməyə göndərilmiş və 1956-cı ilədək orada işləmişdir. O, 1956-1965-ci illərdə indiki Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda işləmişdir. 1965-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Həmin ildən o, Azərbaycan Pedaqoji İnstitutunun riyazi analiz kafedrasında çalışmışdır. 1968-ci ildə riyazi analiz kafedrası üzrə dosent vəzifəsinə təsdiq edilmişdir.

Onun çoxillik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU) ilə yanaşı, Naxçıvan Pedaqoji İnstitutu (indiki NDPU) ilə bağlı olmuşdur. Uzun illər bu mötəbər təhsil müəssisələrində riyazi analiz və funksional analiz fənlərindən mühazirələr oxumuşdur. O, 1973-cü ildə Xankəndində müstəqil Pedaqoji İnstitut yaradıldıqdan sonra APİ-də işləyə-işləyə, həm də orada riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Qasım müəllim uzun illər Azərbaycan Televiziyasında "Orta məktəblərdə riyaziyyat" televiziya-tədris proqramının aparıcısı olmuşdur.

Qasım Mustafayev 1979-cu ildən Naxçıvan Pedaqoji İnstitutunun elm və tədris işləri üzrə prorektoru, 1984-cü ildən 1987-ci ilədək isə rektor əvəzi vəzifəsində çalışmışdır. Onun Naxçıvan Pedaqoji İnstitutuna rəhbərlik etdiyi dövrdə İnstitut respublikanın nüfuzlu ali məktəblərindən birinə çevrilmişdir.

O, Azərbaycanda yeganə riyaziyyatçı alim idi ki, riyazi analiz fənnindən üç dildə - Azərbaycan, rus və erməni dillərində tələbələrə mühazirələr oxuyurdu.

Qasım müəllimin əməyi SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi və Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən yüksək qiymətlənirilmişdir. O, “SSRİ Ali Məktəbi” və “Qabaqcıl Maarif işçisi” döş nişanlarına və bir sıra fəxri fərmanlara layiq görülmüşdür.

Naxçıvanda işlədiyi dövrdə xərçəng xəstəliyinə tutulması onun elmi-pedaqoji fəaliyyətini yarımçıq qoymuşdur. Vaxtsız əcəl ona hazır olduğu doktorluq dissertasiyasını müdafiə etməyə macal verməmişdir.

Qasım Əli oğlu Mustafayev 1989-cu il aprelin 6-da Bakıda vəfat etmişdir.

Qasım Mustafayevin əsərləri:

Orta məktəblərdə riyazi analiz elementlərinin tədrisi. (Bakı, 1967),

Riyaziyyatdan fakültətiv məşğələlərə dair tapşırıqlar. (Bakı 1973)

Riyaziyyat terminləri lüğəti (ingiliscə-rusca-azərbaycanca). Prof. H. Ağayev, prof. F. Maqsudovla birgə; Bakı, 1979)

Adi diferensial tənliklərdən mühazirələr. F.Abdullayev, M.Cəbrayılov və Ə.Babayevlə birgə. Bakı: APİ-nin nəşri, 1984.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qasım mustafayev sözünün mənası, qasım mustafayev haqqında məlumat. qasım mustafayev nədir? qasım mustafayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Windows 2.0

  • Fevral 27, 2026

    Radiotexnika

  • Mart 06, 2026

    Kiçik günotu

  • Fevral 27, 2026

    Mümtaz Soysal

  • Mart 02, 2026

    Alxasi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst