Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun

Qaraş Mədətov

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraş Mədətov

Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980).

Qaraş Mədətov
Doğum tarixi 10 fevral 1928(1928-02-10)
Doğum yeri
  • Qarabağlar, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 iyul 1993(1993-07-01) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yerləri
  • AMEA Tarix və Etnologiya İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları +

Mündəricat

Həyatı

AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir.

Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir.

Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir.

Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən "Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması", "Azərbaycan Böyük Vətən müharibəsində (1941–1945-ci illərdə)" və başqa monoqrafiyaların müəllifidir.

O, eyni zamanda, 3 cildlik "Azərbaycan tarixi" və "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri" kitablarında "Azərbaycan Böyük Vətən müharibəsində" bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə "Azərbaycan Böyük Vətən müharibəsi dövründə" (2 cildlik), "Azərbaycanın qırmızı Ulduzları", "Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır" və "Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri" (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur. Qaraş Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Mükafatları

AEA-nın müxbir üzvü Qaraş Mədətov "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü. Bundan başqa, o, "Şərəf nişanı" ordeni, müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur.

Kitabları

  1. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaranması, B., 1958.
  2. Ruhulla Axundov, B., 1983.
  3. Азербайджан в Великой Отечественной войне. Баку, 1975.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraş Mədətov haqqında məlumat. Qaraş Mədətov nədir? Qaraş Mədətov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Erpetoichthys

  • Fevral 27, 2026

    Kamal Xudaverdiyev

  • Fevral 28, 2026

    Sintipop

  • Mart 01, 2026

    Fıstıqkimilər

  • Fevral 27, 2026

    Pozitron

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst