Qaraçuxur – Bakının Suraxanı rayonunda qəsəbə.
| Qaraçuxur | |
|---|---|
| |
| |
| 40°23′48″ şm. e. 49°58′25″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Suraxanı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 51 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 87 349 (2020) nəfər |
| Rəsmi dili | |
![]() Qaraçuxur | |
Tarixi
1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Aleksandr Serebrovskinin şərəfinə Serebrovski adı ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.
Əhalisi
Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə).
Məlumat
Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.
Şəhid adları ilə adlandırılmış küçələr

- Quliyev Vüqar Məmmədəli oğlu – "Bağ" küçəsinə adı verilib.
- Qurbanov Cəlal Bilal oğlu – "Kirov" küçəsinə adı verilib.
- Şərifov Zaur Faiq oğlu – "Razin" küçəsinə adı verilib.
- İsmayılov Nizami Zeynalabdin oğlu – "Qumluq" küçəsinə adı verilib.
- İsmayılov Kərəm İdris oğlu – "Saray" küçəsinə adı verilib.
- Əliyev Yaşar Səməd oğlu – "Ambulator" küçəsinə adı verilib.
- Musayev İlqar Vaqif oğlu – "Kərpiç" küçəsinə adı verilib.
- Şirinov Tərlan Orucbəy oğlu – "Üzümlük" küçəsinə adı verilib.
- Mehbalıyev Əhməd
- Cəfərov Samir Vaqif oğlu – "Seyranbağça" küçəsinə adı verilib.
- Bəkirli Etibar Mustafa oğlu – "Trubnaya baza" küçəsinə adı verilib.
- Eyvazov Yusif Ayvaz oğlu – "4048-ci kvartal"-a adı verilib.
- Vəliyev Qəzənfər Həmid oğlu – "Xəzan" küçəsinə adı verilib.
- Rəhimov Cavanşir İzzət oğlu – 146 saylı məktəb onun adınadır, parkda büstü qoyulub.
- Alıcanov Rafiq Cəfər oğlu – "Yeni Qumluq" küçəsinə adı verilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraçuxur haqqında məlumat. Qaraçuxur nədir? Qaraçuxur nə deməkdir?
