Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Erməni

Qarakənd (Xocavənd)

  • Ana Səhifə
  • Vikipediya
  • Qarakənd (Xocavənd)

Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakənd kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il in sentyabrın 19–20-də keçirilən lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Qarakənd
39°50′51″ şm. e. 47°01′49″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 656 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.480 nəf. (2005)
Xəritəni göstər/gizlə
Qarakənd xəritədə
Qarakənd
Qarakənd
Qarakənd xəritədə
Qarakənd
Qarakənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Kəndin keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazılır. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar "qaya" və "şen" kənd) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə əvəz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır.

Tarixi

Hələ 1918–1920-ci illər Azərbaycan–Ermənistan müharibəsi (1918–1920) zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsində iştirak ediblər. Bu barədə 1919-cu ilin yanvar ayının 3-də teleqram vuran Gəncə qubernatoru bildirir ki, Qarakənd erməniləri yanvar ayının birində Ağdam–Karyagino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər. Birinci Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq kənddəki ermənilər silahlanır, kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzdlu əsgərlər gəlir. 1991-ci ildə bu kəndin səması üzərində ermənilər tərəfindən Mİ-8 N72 helikopteri vurulur. Azərbaycan tarixində Qarakənd faciəsi kimi adlandırılan bu hadisə zamanı Azərbaycanın çox sayda yüksək rütbəli dövlət məmuru qətlə yetirilir. Kəndi ermənilərdən azad etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə hücuma keçir, lakin bunlar hər dəfə uğursuzluqla başa çatır. Sonuncu belə hücum 1994-cü ilin əvvəlində Qarakənd əməliyyatı zamanı həyata keçirilsə də, bu hücum da uğursuzluğa düçar olub.

Tarixi abidələri

Qarakənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4353 Albanberd kilsəsi Qeyd olunmayıb Qarakənd kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarakənd (Xocavənd) haqqında məlumat. Qarakənd (Xocavənd) nədir? Qarakənd (Xocavənd) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Trilyon

  • Fevral 27, 2026

    Orucluq

  • Fevral 27, 2026

    Hörmüz əmirliyi

  • Fevral 27, 2026

    Xuzistan

  • Fevral 27, 2026

    Ələt bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst