Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağ Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 2023-cü ildə yaradılmış ali təhsil müəssisəsidir. Universitet Azərbaycanın Q

Qarabağ Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağ Universiteti

Qarabağ Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 2023-cü ildə yaradılmış ali təhsil müəssisəsidir. Universitet Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində yerləşir.

Qarabağ Universiteti
Qarabağ Universiteti
Loqonun şəkli
Tip Dövlət
Əsası qoyulub 2024
Rektor Şahin Bayramov
Tələbə sayı 2,100
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Xankəndi
Rənglər          
Sayt karabakh.edu.az
39°49′30″ şm. e. 46°45′43″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir. Xankəndi şəhərində yerləşən Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb. 23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1269 tələbə, 6 fakültə, 19 ixtisas ilə ilk tədris ilinə başlayıb. Qeyd edək ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1980-cü ildən 1989-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdır.

Fakültələr

Universitetdə hazırda incəsənət, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, pedaqoji, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçirilir.

İxtisaslar

2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:

Pedaqoji fakültə

  • Riyaziyyat müəllimliyi
  • İbtidai sinif müəllimliyi
  • Xarici dil müəllimliyi
  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi

İqtisadiyyat fakültəsi

  • Beynəlxalq ticarət və logistika
  • İqtisadiyyat
  • Maliyyə
  • Menecment
  • Mühasibat
  • Dövlət və bələdiyyə idarəetməsi

Humanitar və sosial elmlər fakültəsi

  • Beynəlxalq münasibətlər
  • Hüquqşünaslıq
  • Tarix
  • Psixologiya

Mühəndislik fakültəsi

  • Elektrik və elektronika mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi
  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
  • Mexatronika və robototexnika mühəndisliyi

İncəsənət fakültəsi

  • Musiqi müəllimliyi (fortepiano, violin (skripka), klarnet, saksafon, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)
  • Dekorativ-tətbiqi sənət (bədii toxuculuq, bədii keramika)
  • Dizayn (interyer dizayn, qrafik dizayn, geyim dizaynı)
  • İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, qarmon, nağara, balaban, fortepiano, violin (skripka), klarnet)
  • Vokal sənəti (xanəndəlik, milli vokal)

Turizm fakültəsi

  • Turizm işinin təşkili

2025-ci ilin yanvar ayından etibarən Qarabağ Universitetində mentorluq proqramı fəaliyyətə başlayıb.

Kitabxana

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

Rəhbərlik

Rektor — Şahin Vaqif oğlu Bayramov

Prorektorlar

  • Elm və innovasiya məsələləri üzrə prorektor — Fariz Saleh oğlu Əhmədov
  • Maliyyə və təsərrüfat işləri üzrə prorektor — Rüstəm Vaqif oğlu İsgəndərli

Dekanlar

  • İncəsənət fakültəsi — Türkər Qasımzadə
  • İqtisadiyyat fakültəsi — Ceyhun Məmmədov
  • Mühəndislik fakültəsi - Hüseyn Mirzəyev
  • Humanitar və sosial elmlər fakültəsi — Elmar Mustafayev
  • Pedaqoji fakültə — Kəklik Gözəlova
  • Tibb və Sağlamlıq Elmləri fakültəsi - Dr. Samir Babayev

Kampus

Qarabağ Universiteti kampusu əsas tədris binası, ikinci tədris binası, üçüncü tədris binası və yaşayış binalarından ibarətdir.  Hər üç tədris binasında müxtəlif ixtisaslar, həmçinin ingilis dilinin inkişafı istiqamətində tədrisin təşkili aparılır.  Universitet şəhərciyindəki yaşayış kompleksləri müasir kampus konseptinə uyğun şəkildə hazırlanaraq həm tələbələr, həm də əməkdaşlar üçün yüksək standartlara cavab verən mühit yaradır.

Qarabağ Universitetinin Klinikası

Azərbaycan Prezidenti 7 fevral 2025-ci ildə “Qarabağ Universitetinin Klinikası”nın yaradılması ilə bağlı fərman imzalayıb. Klinika Xankəndidə fəaliyyət göstərəcək, tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar hazırlığını təmin edəcək, elmi tədqiqatlar aparacaq və region əhalisinə tibbi xidmət göstərəcək.

Klinika publik hüquqi şəxs statusuna malikdir. Onun təsisçisi Azərbaycan Prezidentidir, yenidən təşkili və ləğvi isə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.

Klinikanın fəaliyyətinin başlanğıcı üçün Qarabağ Universitetinə 5 milyon manat ayrılıb. O, mərhələli şəkildə özünümaliyyələşdirməyə keçənədək dövlət dəstəyi davam edəcək.

Əməkdaşlıq

Qarabağ Universitetində “Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası” yaradılıb.

Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında da əməkdaşlıq əlaqələri uğurla qurulub və birgə fəaliyyət planı təsdiq edilib.

SOCAR ilə Qarabağ Universiteti arasında tələbələr üçün təcrübə və təqaüd layihələrini, elmi-tədqiqat və innovasiya işlərinin dəstəklənməsini, Bakı Ali Neft Məktəbi ilə birgə təhsil proqramlarının yaradılmasını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.

Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında qarşılıqlı tələbə mübadiləsini, pedaqoji kadrların mübadiləsini, birgə tədqiqat fəaliyyəti sahəsində əməkdaşlığı, elmi materialların və məlumatların mübadiləsini, ikili diplom proqramlarının hazırlanmasını, tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirilməsi və idarə olunmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağ Universiteti haqqında məlumat. Qarabağ Universiteti nədir? Qarabağ Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mirzəağa Əliyev

  • Fevral 27, 2026

    Karl Martell

  • Fevral 27, 2026

    The Weeknd

  • Fevral 27, 2026

    Donetsk (Ukrayna)

  • Fevral 27, 2026

    Vilyam Şokli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst