Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağnamə — bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. Əsərin premyerası 2007-ci ilin dekabrın 15-də Azərbayc

Qarabağnamə (opera)

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağnamə (opera)

Qarabağnamə — bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. Əsərin premyerası 2007-ci ilin dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində qoyulub.

Qarabağnamə
Bəstəkar
  • Firəngiz Əlizadə
Librettoçu Nərgiz Paşayeva
Dili Azərbaycan dili
İlk səhnələşdirmə 15 dekabr 2007

Mündəricat

Tarixçə

Operanın ideya müəllifi Mstislav Rostropoviç olub. Məhz o, bəstəkar Firəngiz Əlizadəyə Qarabağ münaqişəsi və Azərbaycan xalqının faciəsi haqqında opera yazmağı təklif edir. Rostropoviç operanın ilk tamaşasının dirijorluğunu özü eləmək istəyirdi, ancaq ölüm buna imkan vermədi. Ancaq Firəngiz xanım onun əziz xatirəsinə operanın ilk tamaşasını Rastropoviç adına festivalın keçirildiyi günlərin birinə salır.

Məzmun

Əsərin əvvəlində Qarabağ çiçəklənən bir diyar kimi təqdim edilir. Seyid kişinin və Əsli xanımın ailəsi toy tədarükü görür: Arif və onların qızı gözəl Mələk yaxında toyunun olacağı planlanır. Lakin gözlənilmədən pis hadisələr baş verir və bu, Seyid kişinin ailəsindən də yan keçmir. Məlum olur ki, Seyid kişinin öz evində sığınacaq verdiyi, ata-anasını belə tanımadığı uşaq, sən demə, Yad adamın oğlu imiş. Özünü kimsəsiz bir qoca kimi qələmə verən, Seyid kişinin evində sığınacaq istəyən Yad adam isə Mələyin toy günündə düşmənlərlə əlbir olaraq Seyid kişinin kəndini qarət edir. Arif həlak olur, Mələk dağlarda donur, Əsli balaca oğlu ilə qalır. Düşmən uşağı da öldürmək istəsə də, bunu bacarmır.

Mələk və Arifi sonradan "göylərdə qovuşduran"   Dərviş obrazı da əsərdə mövcuddur.  Ümumilikdə, əsər Qarabağ müharibəsindən bəhs etməkdədir.  

Bu tamaşanın quruluşçu rejissorları xalq artisti Cənnət Səlimova və Raymundos Banionisdir.

Əsas rollar

Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), Əvəz Abdullayev (Yad adam), Gülnaz İsmayılova (Mələk), Həsən Enami (Arif) və başqaları ifa edirlər.

Həmçinin bax

  • İntizar (opera)
  • Sənin adın dənizdir (opera)
  • Azərbaycanda opera

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağnamə (opera) haqqında məlumat. Qarabağnamə (opera) nədir? Qarabağnamə (opera) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Misir xədivliyi

  • Fevral 27, 2026

    Cahangir Cahangirov

  • Fevral 24, 2026

    Bazalt

  • Fevral 27, 2026

    Mütəvəlli

  • Mart 01, 2026

    Ağciyər ödemi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst