Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara leylək (lat. Ciconia nigra) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür.

Qara leylək

  • Ana Səhifə
  • Vikipediya
  • Qara leylək

Qara leylək (lat. Ciconia nigra) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür.

Qara leylək
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Phaethoquornithes
Klad:
Aequornithes
Dəstə:
Leyləkkimilər
Fəsilə:
Leyləklər
Cins:
Leylək
???:
Qara leylək
Beynəlxalq elmi adı
  • Ciconia nigra L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174909
NCBI  36241
EOL  45513557
FW  
Azərbaycan poçt markası, 2013

Mündəricat

Təsviri

Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-Araz və Lənkəran ovalıqlarında daha yuvalamır.

Yaşayış yeri və həyat tərzi

Göllərə, çaylara, sututarlara və digər su hövzələrinə yaxın meşələr yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün mart ayının əvvəllərində gəlir, sentyabrda köçüb gedir. Yemini balıqlar, az miqdarda suda-quruda yaşayanlar, ilanlar və quşlar təşkil edir. Martda hündür ağaclarda yuva tikir. Yuvaya 2–5, bəzən isə 6 yumurta qoyur.

Sayı

XX əsrin birinci yarısında Kür çayının deltası ilə İran sərhəddi (Lənkəran ovalığı və Salyan düzü) arasında çox olub. 1934-cü ildə buradakı yuvalar arasındakı məsafə təsadüfi hallarda 1 km olub. 1980-ci ildə Qarayazı Qoruğunda 10 cütü, 1996-cı ildə 6, 1997-ci ildə 4, 2000-ci ildə 5, 2006-cı ildə 4 fərdi qeydə alınıb. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tək-tək fərdlərin yaşaması güman edilir. Mövcud şəraitdə tək-tək fərdlərinə rast gəlinir.

Azalma səbəbləri

Su-bataqlıq sahələrinin qurudulması, meşələrin qırılması.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Qarayazı, Turyançay, Zaqatala, İlisu Dövlət Təbiət Qoruqları, Altıağac, Şahdağ Milli Parklarının meşəkolluq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın Qırmızı kitabına (1989), Bern, Bonn və Ramsar konvensiyalarına, АЕWА sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuva sahəsinin toxunulmaz təbii abidə elan edilməsi, televiziya, radio və dövri mətbuat vasitəsilə qorunmasının aktiv təbliği.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara leylək haqqında məlumat. Qara leylək nədir? Qara leylək nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adil Bağırov

  • Fevral 27, 2026

    Naimə Sultan

  • Fevral 28, 2026

    Plebs

  • Fevral 27, 2026

    Yenot

  • Fevral 27, 2026

    Kriptokariya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst