Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1

Qahir Rəsulzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Qahir Rəsulzadə

Qahir Rəsulzadə (Rəsulzodə, tac. Қоҳир Расулзода, 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, tac. Абдуқоҳир Абдурасулович Назиров; 8 mart 1961, Kistakuz[d], Soqd vilayəti) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş naziri. 2013-cü il 23 noyabr tarixində bu vəzifəyə təyin olunmuşdur.

Qahir Rəsulzadə
tac. Қоҳир Расулзода
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1961(1961-03-08) (64 yaş)
Doğum yeri
  • Kistakuz[d], Qafurov rayonu[d], Soqd vilayəti, Tacikistan MSSR, SSRİ
Təhsili
  • Tacikistan Aqrar Universiteti,
  • Rusiya Dövlət İdarəçilik Akademiyası[d]
Fəaliyyəti siyasətçi
Dini İslam
Təltifləri "Şərəf" ordeni "Fədakar xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olmuşdur.

1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Kuder şəhərində, "Tacikirsovxozstroy" dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Daha sonra Qafurov rayonunda istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, "Tacirsovxozstroy" müəssisəsinin rəisi vəzifələrində çalışmışdır.

2000-ci ilin yanvarından 2006-cı ilin dekabrına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri olmuşdur.

2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, Texniki elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Tacikistan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə Suğd vilayətinin icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuş, 27 fevral 2007-ci ildən 23 noyabr 2013-cü ilə qədər bu vəzifədə çalışmışdır.

2007-ci ilin may ayında adını Əbdülqahir Əbdürəsul oğlu Nəzirovdan Qahir Rəsulzadəyə dəyişdirmişdir.

2007-ci ilin dekabrında və ikinci dəfə 2010-cu ilin aprelində Tacikistan Ali Məclisinin (Məclisi Oli) Milli Şurasının (Məclisi Milli) sədrinin birinci müavini seçilmişdir.

2012-ci ildə Suğd vilayətinin rəhbəri olaraq, SSRİ və Tacikistanın xalq artisti Jurabek Murodova Xucənd şəhərinin mərkəzində iki otaqlı mənzil hədiyyə edərək, sənətçini 70 illik yubileyi münasibətilə təbrik etmişdir.

2013-cü il 23 noyabr tarixində Qahir Rəsulzadə Tacikistanın Baş naziri olaraq Okil Okilovu əvəz etmişdir. Ukraynanın o dövrkü baş naziri Mikola Azarov bu münasibətlə onu təbrik etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qahir Rəsulzadə haqqında məlumat. Qahir Rəsulzadə nədir? Qahir Rəsulzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Realpolitik

  • Mart 01, 2026

    Lej

  • Fevral 27, 2026

    Div

  • Fevral 27, 2026

    Muflon

  • Fevral 27, 2026

    Antizərrəcik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst