Qafqazinfo.az — Azərbaycanda fəaliyyət göstərən hakimiyyətyönümlü internet qəzeti. Portal müxtəlif rəqəmsal media təhlillərinə əsasən Azərbaycanda ən çox oxunan saytlardan biridir.
| Qafqazinfo | |
|---|---|
| URL | qafqazinfo.az |
| Tipi | Xəbər saytı[d] |
| Dilləri | Azərbaycan dili, rus dili |
| Sahibi | Elbrus Ərud |
| Açılma tarixi | 16 avqust 2010 |
Tarixi
Qafqazinfo portalı 2010-cu il avqustun 16-da fəaliyyətə başlayıb. Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Saytın təsisçisi Elbrus Ərud, baş redaktoru isə Günel Əbilovadır.
Azərbaycanın milli rəqəmsal media təhlili platforması olan "Metrix.az"ın yaydığı günlük, həftəlik, aylıq statistikada "Qafqazinfo" ilk üçlükdədir.
Qafqazinfo.az 2021–2022-ci illərdə Azərbaycanda "Google"da ən çox axtarılan saytlar arasında ilk onluğa düşüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qafqazinfo haqqında məlumat. Qafqazinfo nədir? Qafqazinfo nə deməkdir?