Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qur

Qafqaz əsiri

  • Ana Səhifə
  • Vikipediya
  • Qafqaz əsiri

"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qurzufda başlamış, 20 fevral 1821-ci ildə Kamenkada (Vasili Davıdov adına) tamamlamışdır.

Qafqaz əsiri
rus. Кавказский пленник
Müəllif Aleksandr Puşkin
Orijinal dili rus dili
Yazılma ili 1820
Nəşr ili 1822
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Puşkin Cənuba sürgün ediləndən sonra məşhur "Cənub poemaları"nı yazmışdır. Bu silsilədən olan poemaların birincisi "Qafqaz əsiri"dir. "Qafqaz əsiri"nin yaranması Puşkinin "Çaadayevə" və "Qara şal" kimi üsyankar şeirlərini yazdığı illərə təsadüf edir. Sürgün illərinin məhsulu olan bu əsər şairin öz yaşadıqlarının təsviridir.

Puşkinin bütün poemalarında real həyat, məişət səhnələrinin təsviri əsas yer tutur. Bu cəhət Puşkin poeziyasına məxsus başlıca xüsusiyyətdir. Bu xüsusiyyəti "Qafqaz əsiri"ndə görürük. Poemanın ikinci hissəsində Qafqaz gözəlinin dili ilə qadın əsarəti, qızların öz valideynləri tərəfidən bir qul kimi alınıb-satılması aydın və düzgün təsvir olunub. Əsir rusun qıza dediyi sözlərdə şairin şəxsi taleyini də duymaq çətin deyil. Poemada Qafqaz təbiətinin təsviri, şairin Qafqaza olan məhəbbəti də aydın ifadə olunur.

Puşkinin lisey şeirlərindən olan "Yudinə məktub" və "Qəsəbə" şeirlərində olan əfvali-ruhiyyəyə çoşqun azadlıq həsrəti, kübar cəmiyyətdən narazılıq "Qafqaz əsiri" poeması üçün də səciyyəvidir. Poemanın qəhrəmanı əsir Rusiyanın kübar aləmindən, dvoryan həyatından narazı və küsülüdür.

"Qafqaz əsiri" birinci dəfə nəşr olunduğu zaman oxucuların diqqətini bu əsərdə Qafqaz təbiətinin yüksək bir şeiriyyətlə təsvir edilməsi də cəlb etmişdi. "Qafqaz əsiri" poemasında Puşkin öz psixologiyası etibarilə mənsub olduğu sinifdən, dvoryanlıqdan yenicə ayrılmağa başlayan, mövcud cəmiyyət quruluşundan, "yüksək" dvoryan cəmiyyəti həyatından narazılığı, küsgün olan liberal dvoryan ziyalılarının tipik surətini yaratmışdır. Bu əsir hələ kamala çatmamış, onun xəyalları pərişan, arzuları qeyri-müəyyəndir. Onun təbiətində zəif cəhətlər çoxdur. Ancaq həlledici bir üstün cəhət var: Azadlıq həsrəti.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qafqaz əsiri sözünün mənası, qafqaz əsiri haqqında məlumat. qafqaz əsiri nədir? qafqaz əsiri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tələt Rəhmanov

  • Fevral 27, 2026

    Çennay

  • Mart 01, 2026

    Keçəltəpə (Kəngərli)

  • Mart 06, 2026

    Şəhər folkoru

  • Fevral 27, 2026

    Əlmüvəhhidilər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst