Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvand

Qacar (Füzuli)

  • Ana Səhifə
  • Vikipediya
  • Qacar (Füzuli)

Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun Qacar kənd inzibati ərazi dairəsində kənd.

Qacar
39°38′45″ şm. e. 47°03′28″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 145 nəf. (2005)
Xəritəni göstər/gizlə
Qacar xəritədə
Qacar
Qacar
Qacar xəritədə
Qacar
Qacar

Mündəricat

Etimologiyası

Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir.

Toponimikası

Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kəndin adı Azərb.-nın qacar tayfasının adı ilə bağlıdır. XIII–XIV əsrlərdə Ön Asiyada sulduz, calair və tanğıt tayfaları əsasında yaranmış qacarlarm bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar qacarları Teymur (1370–1405) İrana köçürmıüşdü. Qacarlann bir hissəsi XVII əsrdə Qarabağ va Gəncə zonasında yerləşdirilmişdi. XV əsrdə qızılbaşların tərkibinə daxil olmuş qacarlar Səfəvilərin hakimiyyatə keçmələrinə yaxından köməklik etmişdilər. İranda qacarlar sülaləsi da qacar tayfasından idi. İnqilabdan əvvəl Qafqazda Qacar adlı 10-dan çox kənd vardı. Səfəvilər dövründə Qarabağ, İrəvan (Yəravan) hakimləri qacarlardan idi. Şah Abbas qacarların bir hissəsini Astarabad, Marv (Türkmənistanda) ətrafına va Azərbaycanın şimalına köçürmüşdü. İranda 8 coğrafi ad bu etnonimi əks etdirir. Şimali Azərbaycanda Qacarlar Gəncə xanlığının əsasını qoymuş Ziyadoğlu Cavad xanın ulu babaları idi. Onlar Ermənistanda da yaşamışlar.

Tarixi

1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub. Rusiya Ordusunın köməyi ilə Ermənistan Silahlı Qüvvələri Qacar kəndini 1993-cü ildə işğal etmişdir. Kəndin işğalından sonra avqustun 17-də erməni hərbçiləri əsir götürdükləri 25 dinc sakini güllələmişdilər. Ermənilər kəndin adını dəyişərək Civani adlandırıblar.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Əhalisi

Tanınmışları

  • Mahmud Qacar — Azərbaycan şairi.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Füzuli rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qacar (Füzuli) haqqında məlumat. Qacar (Füzuli) nədir? Qacar (Füzuli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yakob Vant-Hoff

  • Fevral 27, 2026

    İran rialı

  • Fevral 27, 2026

    Theotokos

  • Fevral 27, 2026

    Manhva

  • Fevral 27, 2026

    Süleyman Nazif

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst