Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) — Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu.

Qabırrıçay

  • Ana Səhifə
  • Vikipediya
  • Qabırrıçay

Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) — Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu.

Qabırrıçay
azərb. Qabırrıçay‎, gürc. იორი (İori)
İori
İori
Xəritə
Ölkələr
  •  Gürcüstan
  •  Azərbaycan
Şəhər
  • Mingəçevir
Mənbəyi Böyük Qafqaz
 • Yüksəkliyi 2700 m
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 320 km
Su sərfi 9,82 m³/san
Su sistemi Mingəçevir su anbarı/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 4800 km²
Qabırrıçay (Qafqaz)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Qabırrıçay Azərbaycanın fiziki xəritəsində:

42°20′40″ şm. e. 45°14′36″ ş. u.HGYO

41°02′03″ şm. e. 46°30′11″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Qabırrıçayın adı qədim yunan qədim Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi.

Qafqaz Albaniyasının İberiya ilə sərhədində yerləşən əyaləti də Kambisena adlanırdı. XIX əsrin ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur.

Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or (гІор)) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isimlərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir.

Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzündə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonundakı Quşçu kəndinin əhalisinin tirələrindən birinin adıdır. Keçən əsrdə Cavad qəzasında "Kabırra" və Ərəş qəzasında "Kabırrı" kənd adları da Qabırrı toponimi ilə eyni mənşəlidir.

Ehtimal ki, qabırrı türk (Azərbaycan) mənşəli tayfanın adıdır. Digər bir mülahizəyə əsasən Qabırrı hidroniminin əsasını cığatay ləhcəsində yalnız fel formasını mühafizə edən "səs-küy salmaq", "gurultu qoparmaq", "coşmaq, hiddətlənmək" mənalı qabır sözü təşkil edir. Təbiidir ki, çaya "səs-küylü, gurultulu" adı onun səciyyəvi cəhətinə görə verilmişdir. Türkmənistanda Qabırrıarık, Azərbaycanda Qabırrı çaylarının adı eynimənşəlidir. Bəzi tədqiqatçıların fikrincə, bu hidronimin adı kəbirli tayfasının adı ilə əlaqədardır.

Haqqında

Qabırrıçayın uzunluğu 320 km, hövzəsinin sahəsi 4,8 min km²-dir. Hazırda Mingəçevir su anbarına tökülür. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (2560 m) alır. Yuxarı və orta axımı Gürcüstan ərazisindən, aşağı axımında isə 10 km məsafədə Azərbaycanın Samux rayonu ilə Gürcüstanın sərhəddi boyunca axır.

Samqori suvarma şəbəkəsinin yaradılması ilə əlaqədar olaraq çayın suyunun bir hissəsi kanallar vasitəsilə Tbilisi su anbarına axıdılır.

Çayın mənbəyi

Qabırrıçay öz suyunu qar, yağış və yeraltı sulardan alır. Mənsəb yaxınlığında orta illik su sərfi 15,6 kub m/san-dir. Axımın 47%-i yazda, 26%-i yayda, 16%-i payızda, 11%-i isə qışda keçir. Qabırrıçay orta lillənməsi 500–700 q/kub m-dir. Suyu hidrokabonatlı-natriumlu olmaqla 500–1000mq/l minerallaşmaya malikdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qabırrıçay haqqında məlumat. Qabırrıçay nədir? Qabırrıçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aranzəmin

  • Fevral 27, 2026

    Missisipi

  • Fevral 10, 2026

    Antarktida

  • Fevral 24, 2026

    İbrahimpaşa Dadaşov

  • Fevral 27, 2026

    Kəbirli eli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst