Qabaqçöl — Azərbaycan Respublikasının Balakən rayonunun Qabaqçöl qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Balakən rayonunun Xalatala, Meşəşambul və Şərif kəndlərindən ayrılmış ərazidəki yaşayış məntəqəsi Qabaqçöl adı ilə rayonun yaşayış məntəqələri siyahısına daxil edilərək şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və bu qəsəbə mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti yaradılmışdır.
| Qabaqçöl | |
|---|---|
| 41°43′12″ şm. e. 46°15′53″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 267 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Qabaqçöl | |
Əhalisi
Əhalisinin milli tərkibinin hamısını Avarlar təşkil edir. 2009-cu il əhali siyahıyaalınmasına əsasən qəsəbədə 999 nəfər (456 nəfəri kişilər, 543 nəfəri qadınlar) əhali yaşayırdı.
İqtisadiyyatı
Əhali əsasən kənd təsərrüfatı, fermer təsərrüfatı və kiçik bizneslə məşğul olur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qabaqçöl sözünün mənası, qabaqçöl haqqında məlumat. qabaqçöl nədir? qabaqçöl nə deməkdir?
