Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəzvə (ərəb. غَزْوَة‎) — Məhəmməd peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir (istər savaşsın istər savaşmasın). Bədr, Uhud və Xəndək Peyğəmbərin ən mühüm qəzv

Qəzvə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəzvə

Qəzvə (ərəb. غَزْوَة‎) — Məhəmməd peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir (istər savaşsın istər savaşmasın). Bədr, Uhud və Xəndək Peyğəmbərin ən mühüm qəzvələrindəndir. Peyğəmbərin qəzvələrinin sayında tarixçilər ixtilaf ediblər. Bəziləri 26 bəziləri isə 27 qəzvə qeyd ediblər.

Mündəricat

Mənası

Qəzvə (Ğ,Z,V) maddəsindən yaranıb. Lüğətdə döyüşmək deməkdir. İsmi faili Qazi-düşmənlə döyüşə getmək və onu qarət etmək,cəmi isə Quzzatdır. İstilahda isə Peyğəmbərin şəxsən iştirak etdiyi döyüşlərə qəzvə, şəxsən iştirak etəyib rəhbərliyi təyin etdiyi bir komandirə verdiyi döyüşlərə isə Səriyyə. Həmçinin, tarixçilər, Peyğəmbərin komandirlik etdiyi islam ordusnun döyüş etmədən geri qayıtdıqları səfərləri də qəzvə adlandırırlar.

Qəzvələrin başlanması

İbn İshaq yazır, Hz.Peyğəmbər hicrətin birinci ili Rəbiüləvvəl ayının 12-dən, hicrətin ikinci ili Səfər ayına kimi heç bir döyüş etməmişdir. Amma Vaqidi "Həmzə", "Ubeydə ibn Haris" və "Səd ibn Vəqqas" səriyyələrini hicrətin birinci ilində baş verdiyini yazır.

Qəzvələrin sayı

Məsudi Peyğəmbərin qəzvələrinin sayının 26 olduğunu, bəzi tarixçilər isə 27 olduğunu qeyd ediblər. İxtilafın səbəbi odur ki, Birinci qrup(26 olduğunu qeyd edənlər) Peyğəmbərin "Xeybər"dən "Vadil Qura"ya gəlməsini Xeybər qəzvəsi ilə bir saydıqları halda, ikinci qrup(27 oluğunu qeyd edənlər) isə "Xeybər" və "Vadil Qura" qəzvələrini iki ayrı qəzvə hesab edirlər. İbni İshaq "Xeybər" qəzvəsindən sonra "Vadil quran"ı qeyd etməməsinə baxmayaraq, "Umrətul Qəzan"ı qəzvələrdən sayaraq onların sayının 27 olduğunu qeyd edir. Qəzvə olmasında ixtilaf olan iki (Vadil Qura və Umrətul Qəza) döyüşü də saysaq, qəzvələrin sayı 28-dir.

Mutə döyüşü

Hz.Peyğəmbərin " Mutə" döyüşündə iştirak etmədiyinə baxmayaraq, onu da qəzvə adlandırıblar.

Qəzvələrin statistikası

Döyüşün adıİslam ordusuDüşmən ordusubaş verdiyi yertarixinəticəsi
1Əbva (Vədda) qəzvəsi200 nəfərNaməlumƏbva (Vəddan)hicrətin 2-ci ili Səfərİslam ordusunun Qureyşə çatmaması və döyüşün baş verməməsi. Yalnız Bəni Dəmra qəbiləsi ilə müqavilə bağlanması
2Buvat qəzvəsi200 nəfər100 nəfərbuvathicrətin 2-ci ili Rəbiüləvvəl vəya Rəbiul axir----
3Uşeyrə200 nəfərQureyş,Bəni Dəmra və Bəni Muldic qəbilələrinin ortaq ordusuəl-Uşeyrə (Məkkə və Mədinə arasında bir yer)Hicri 2-ci il Cəmadiul əvvəldöyüş olmadı. Mudlic, Dəmra və Mudlic qəbilələrinin ortaqları ilə müqavilə bağlanması
4Birinci bədr qəzvəsi200 nəfərKafirlərdən birinin komandanlığı altındakı kiçik bir qrupBədrHicrətin 2-ci ili Cəmadiul axır vəya Rəbiul əvvəlMüşriklərin qaçması
5Böyük Bədr qəzvəsi313 nəfər-2 atlı və 70 dəvə.950 süvari və piyadaBədrHicrətin 2-ci ili RamazanMüsəlmanları Qureyşlərə qələbə çalması
6Bəni Sülyem qəzvəsi200 nəfərBəni Süleym və Qətfan tayfasıMəkkə və Mədinə arasıHicrətin 2-ci ili ŞəvvalBəni Süleymin qaçması
7Bəni Qeynuqa qəzvəsiMədinəli müsəlmanlarıMədinəli yəhudilərMədinəHicrətin 2-ci ili Şəvvalın əvvəllləriMədinənin yəhudilərdən təmizlənməsi
8Səviq qəzvəsiaz bir dəstə200 nəfərQarqaratul KüdrHicrətin 2-ci ili ZilhiccəQureyşin qaçması
9Zi Əmərr (Qətafan) qəzvəsi450 nəfərQəbilə və MəharibZu ƏmərHicrətin 3-cü ili MəhərrəmBəni Sələbə qəbiləsinin qaçması və müsəlmanların orada bir ay qalmaları
10Buhran qəzvəsi300 süvariBəni SüleymBuhran (Hicazda bir mədən vəya Zabidə bir vadi adı)Hicrətin 3-cü ili Rəbiülaxır----
11Uhud qəzvəsiMədinə ətrafındakı piyada və 700nəfər2900 ilə 3000 nəfər arasıÜhüd dağının yanınHicrətin 3-cü ili Şəvvalmüsəlmanlardan 70 nəfərin şəhid olması, Kafirlərin (Məkkə müşriklərinin) tam qələbəsinin qarşısı alındı, Müsəlmanların mühasirədə olan qoşunun azad olunması
12Həmraul Əsəd qəzvəsi6309279 nəfər QureyşliMədinənin cənubunda bir neçə klometirlikdə Həmraul ƏsədHicri 3-cü il ŞəvvalDüşmənin qaçması
13Bəni Nəzir qəzvəsibütün mədinəli müsəlmanlarBəni Nəzir yəhudiləriMədinənin ətrafıhicri 4-cü il RəbiüləvvəlBəni Nəzir qəbiləsinin mədinə ətrafından köç etməsi
14Zatur Riqa qəzvəsi400 nəfər süvari və piyadaBəni MuharibZatur Riqa Nəcdhicrətin 4-cü ili CəmadiyələvvəlBəni Sələbə və Muharib qəbilələrinin qaçması
15Üçüncü Bədr qəzvəsi1000 nəfər2000 nəfərBədrhicrətin 4-cü ili ŞabanDöyüş olmadı
16Dumətul Cəndəl1000 nəfər piyada və süvariDumətul Cəndəl qəbilələriDumətul Cəndəlhicrətin 5-ci ili RəbiüləvvəlCəndəl qəbilələrinin məğlub olub qaçmaları
17Xəndək qəzvəsi3000 nəfərMüşrik qəbilələrindən 10000 nəfərMədinəhicrətin 5-ci ili ŞəvvalMüşriklərin qazanmadın geri dönmələri
18Bəni Qureyzə qəzvəsi3000 nəfər600–700 arasıMədinə ətrafıhicrətin 5-ci ili Zilqədə və ZilhiccəMüsəlmanların qələbəsi
19Bəni Lihyan qəzvəsitəqribən 3000 nəfərLihyan qəbiləsiQaranhicrətin 6-cı ili CəmadiyələvvəlBəni Leyhan qəbiləsinin qaçması
20Zi Qarəd qəzvəsi500–700 arasıQətfanZi Qarədhicrətin 6-cı ili Rəbiüləvvəl və RəbiülaxırMüsəlmanlar və Qureyşlilər arasında sülh müqaviləsinin bağlanması
21Bəni Mustəliq qəzvəsi1000 nəfər piyada və suvariBəni Mustəliqəl Mureysihicrətin 6-cı ili ŞabanMüşriklərin qaçması
22Hüdeybiyyə qəzvəsi1600 nəfərQureyşHüdeybiyyəhicrətin 6-cı ili ZilqədəMüsəlman və Qureyşlilər arasında sülh müqaviləsinin bağlanması
23Xeybər qəzvəsi1600 nəfərXeybər yəhudiləriXeybərhicrətin 7-ci ili Məhərrəm və SəfərXeybərililərin məğlub olması
24Umrətul Qəza qəzvəsi1400 nəfərQureyşMəkkəhicrətin 7-ci ili Zilhiccə vəya ZilqədəMüsəlmanların əhval-ruhiyyəsinin gücləndirilməsi və kafirlərin əhvalının zəifləməsi
25Məkkənin fəthi qəzvəsi10000 nəfərQureyş və Bəni Bəkr qəbiləsiMəkkəhicrətin 8-ci ili RamazanMəkkənin fəthi
26Hüneyn qəzvəsi12000 nəfərHəvazin və Səqif qəbilələriTaif yaxınlığıhicrətin 8-ci ili ŞəvvalMüsəlmanları qələbəsi
27Taif qəzvəsi12000 nəfərSəqif qəbiləsiTaifhicrətin 8-ci ili ŞəvvalQələbə olmadan Mədinəyə qayıtdəlar
28Təbuk qəzvəsi30000 nəfərRum və müttəfiqləriTəbukhicrətin 9-cu ili RəcəbRumlar, müsəlmanlarla maddi uzlaşma istəmələri

Həmçinin bax

  • Hicrət

Ədəbiyyat

  • İbn İshaq, Siretun Nəbi,nəşr: Mustafa əl-Hələbi,1355-q
  • İbn Həbib, Məhəmməd, Əl-Muhabbər, Tədqiq: Ilse Lichtenstadter, Heydər Abad Diken,1361-q/1942-m
  • İbn Hazm Əndəlusi, Cəvamius Sirətun Nəbəviyyə, s,76, Darul Kutubul Elmiyyə, Beyrut
  • İbni Xəldun,Tarixi ibni Xəldun,Ayəti,Əbdulməhəmməd,əl İbər Tarixi ibni Xəldun,Muəssəseyi mutaliat və təhqiqat fərhəngi,Çape əvvəl,1363-ş
  • İbn Səd,Məhəmməd,Kitabut Təbəqatil Kəbir,Tədqiq,Edvard Zaxayev,Lidən,1321–1325-q
  • İbni Seyyid ən Nas,Uyunul Əsər,Darul qələm,Beyrut,Çape əvvəl,1414-q
  • İbni Hişam,Əbdulməlik,əs Sirətun Nəbəviyyə,Tədqiqat,Mustəfa, əs Səqa,Əlbiyari,İbrahim,Şələbi,Əbdulhəfiz,Darul mərifət,Beyrut,Çape əvvəl
  • Əmin Anuli,Seyyid Möhsin,Əəyanuş Şiə,Darut təarif lilmətbuat,Beyrut,1403-q
  • Bəlazuri,Əhməd ibn Yəhya,Ənsabul Əşraf,Darul Fikr,Beyrut,Çape əvvəl,1417-q
  • Beyhəqi,Əbu Bəkr Əhməd ibn Hüseyn,Dəlailun Nubuvvə və Mərifətu Əhvali Sahibiş Şəriə,Tədqiq,Qələçi,Əbdulmuti,Darul Kutubil Elmiyyə,Beyrut,Çape əvvəl,1405-q
  • Vaqidi,Məhəmməd ibn Ömər,Əlməğazi,Aləmi,Beyrut,Çape sevvom,1409-q
  • Cəfəriyan Rəsul,Sirəte Rəsule Xuda,Qum,İnteşarate Dəlile Ma,1383-ş
  • Cəfəriyan Rəsul,Tarixe Siyasiye İslam(Sireye Rəsule Xuda),Qum,İtrət,1380-ş
  • Həsəni,Əliəkbər,Tarixe Təhliliye Sədril İslam,Tehran,İnteşarate Peyame Nur
  • Hələbi Əbulfərəc,əs Sirətul Hələbiyyə,Darul Kutubil Elmiyyə,Beyrut,Çape dovvom,1427
  • Həməvi,Məhəmməd ibn İshaq,Ənisul Möminin,Bonyade Besət,Tehran,1363-ş
  • Suheyli,Əburrəham,ər-Rovzil Ənfi fi Şərhis Sirətin Nəbəviyyə,Daru Ehyait Turasil Ərəbiyyə,Beyrut,Çape əvvəl,1412-q
  • Təbərisi,Fəzl ibn Həsən,İəlamul Vəra bi Əəlamil Huda,Muəssəseye Alul Beyt,Qum,Çape əvvəl,1417-q
  • Məclisi,Biharul Ənvar,Muəssəsətul Vəfa,Beyrut,1404-q
  • Məsudi,Əli ibn Hüseyn,Murucuz Zəhəb,Çape Mətbəatus Səadəh,1367-q
  • Məqrizi,Əhməd ibn Əli,Əmtaul Əsma,Beyrut,Darul kutubul Elmiyyə
  • Yaqut Həməvi,Şəhabuddin əbu Əbdillah,Məcəmul Buldan,Daru Sadir,Beyrut,Çape dovvom,1995-m
  • Vaqidi,Məhəmməd ibn Ömər,Kitabul Məğazi,Muəssəsətul Aləmi,Beyrut,Çape sevvom,1409-q

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəzvə haqqında məlumat. Qəzvə nədir? Qəzvə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Nəbə surəsi

  • Fevral 27, 2026

    Yuxarı Ləgər

  • Fevral 27, 2026

    Kosmik şüalar

  • Fevral 27, 2026

    İşum

  • Mart 01, 2026

    Ramiz Əzizbəyli

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst