Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduq

Qızıl marka

  • Ana Səhifə
  • Vikipediya
  • Qızıl marka

Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi.

Hamburq şəhərində 1911-ci ildə zərb edilən aid 3 marka

Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi.

Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.

Birinci Dünya müharibəsinin başlaması ilə Alman imperiyası bir sıra çətinliklərlə üzləşdi. Onlardan biri müharibə aparmaq üçün böyük maliyyə xərcləri idi. Bu, dövriyyədə olan nağd pulun kəskin çatışmazlığının yaranmasına, yəni iqtisadiyyatın demonetizasiyasına səbəb oldu. Gümüş və qızıl sürətlə dövriyyədən çıxdılar. Tezliklə əhali misdən hazırlanmış sikkələri də yığmağa başladı. Mərkəzi bankın qiymətli metallardan kütləvi sikkə zərb etməyə davam edə bilmədiyi şərtlər altında bir sıra şəhərlərə özlərinə məxsus təcili hal pullarını (alm. Notgeld‎) buraxmağa icazə verildi. Beləliklə, dövlət ərazisində, mərkəzi hökumət tərəfindən buraxılan pullarla yanaşı, müxtəlif ərazilərin 5 mindən çox növ əskinasları dövriyyəyə girdilər.

Eyni zamanda, daim ucuzlaşan kağız pullar və Alman İmperiyasının min növ notgeldi dövriyyədə olduğu fonunda, gümüş və qızıldan hazırlanmış sikkələr rəsmi olaraq qanuni vasitə olaraq qalırdı. Yalnız 1924-cü ilin avqust ayında, yeni pul vahidi reyxsmarkanın tətbiqi ilə qızıl markanın demonetizasiyası həyata keçirildi.

Maliyyə sisteminin çöküşü şəraitində təcili hallar pulu və davamlı olaraq dəyərdən düşən əskinaslara (kağız markası) qarşı qoyulması üçün "qızıl marka" anlayışı tətbiq olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızıl marka haqqında məlumat. Qızıl marka nədir? Qızıl marka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S

  • Fevral 27, 2026

    Konakri

  • Fevral 27, 2026

    Kompüter şəbəkələri

  • Fevral 24, 2026

    Orfizm

  • Fevral 27, 2026

    Makoto Şinkay

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst