Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızıl Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Qızıl Kəngərli

  • Ana Səhifə
  • Vikipediya
  • Qızıl Kəngərli

Qızıl Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Qızıl Kəngərli
40°06′ şm. e. 46°54′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.183 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0200
Nəqliyyat kodu 02
Digər
iəd statistik kodu 60905005
iəv statistik kodu 60905058
Xəritəni göstər/gizlə
Qızıl Kəngərli xəritədə
Qızıl Kəngərli
Qızıl Kəngərli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Ağdam rayonunun Qızıl Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 14 km. şimalda, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinə daxil olan Qaraman dağının ətəyində və Qarabağ düzündə, Ağdam – Ağdərə yolunun üstündə yerləşir. Qızıl Kəngərli kəndi şimaldan Boyəhmədli, şərqdən Salahlı Kəngərli, cənubdan isə Xaçın çayının sağ sahilində yerləşən Maqsudlu və Şahbulaq kəndləri, eləcə də Şahbulaq Qalasıyla qonşudur.

1727-ci ilə aid "maliyyə dəftəri"ndə qeyd edilir ki, vaxtı ilə kəngərlilərin Qarabağda qışlaqları olmuş, Arasbar və Bayad torpaqlarında mal, mülk, üzüm bağlarına sahib imişlər. Qarabağda qışlayır, Naxçıvanda yaylayırlar.

1930-cu ilə qədərki dövrdə Qızıl Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən 26 iyul 1993-cü ildə işğalı nəticəsində Qızıl Kəngərli kəndi 27 il işğal altında qalmışdır. Bu müddət ərzində kənd, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert (indiki Ağdərə) rayonunun Marağa kəndindən (hal hazırda Şıxarx qəsəbəsinin hissəsi) olan ermənilərlə məskunlaşdırılmışdı. İşğal dövründə kənd, erməni inzibati bölgüsündə "Nor-Marağa" (Yeni Marağa) adlandırılırdı.

İkinci Qarabağ Müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.

Toponimikası

Kəndin əsl adı "Qızıllı Kəngərli" olub. Oğuz türklərinin peçeneq qolundan olan kəngərlərin(kanqarlar) çoxsaylı tirələrindən biri də Qızıllıdır.

Kəndin adı (Qızıllı Kəngərli oykonimi) da bunu ifadə edir: kəngərlərin qızıllı tirəsindən olan elin yaşayış məskəni – Qızıllı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da – o bölgədə bütöv bir rayon Kəngərli adlanır –, digər bölgələrdə də, məsələn, Qazaxda, Borçalıda, Qarabağda və s. məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Qızıl Kəngərli, Salahlı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə almaq lazımdır ki, Pirhəsənli Kəngərlisinin yerləşdiyi Uzundərə ərazisinin sol cinahındakı daha iki kəndin(Şirvanlı və Qaraqaşlı, – Qaraağaclı da mümkündür) camaatı da faktiki olaraq kəngərlilərdən ibarətdir və 1963-cü ilə qədərki dövrdə Kəngərli kəndləri adlanıblar, o halda məlum olur ki, Ağdam rayonu ərazisində beş Kəngərli kəndi var. Yaşayış məskənlərinin adları (oykonimlər) həm də Azərbaycan xalqının tarixidir, odur ki, onlarla çox ehtiyatla davranmaq lazımdır; toponimlərin dəyişdirilməsi qədimliyə xələl gətirirsə, buna heç cür yol vermək olmaz.

Mədəniyyət

Erməni işğalına qədərki dövrdə Qızıl Kəngərli kəndində məktəb, kitabxana, klub, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Kənddə orta əsrlərə aid qədim qəbiristanlıq, şimal-şərqdə, üç qonşu kəndin (Boyəhmədli, Qızıl Kəngərli və Salahlı Kəngərli) arasında qalan ərazidə yerləşən Boyəhmədli kurqanları (80-ə yaxın kurqan – ilk tunc dövrü) var.

Əhalisi

1933-cü ildəki siyahıya alma nəticələrinə əsasən Qızıl Kəngərlidə 445 nəfər əhali yaşayırdı, bunların 98,5%-i azərbaycanlılar idi.

İşğaldan əvvəl, 1993-cü ildə Qızıl Kəngərli kəndində yaşayan əhalinin sayı 1219 nəfər idi.

Erməni işğalı dövründə kəndin yerli azərbaycanlı əhalisi qovulmuş və bura ermənilər köçürülmüşdü. 2015-ci ildə burada 529 nəfər erməni əhali yaşayırdı. 2020-ci il noyabr ayında erməni əhali kəndi tərk edərkən kənddəki evləri yandırmışdır.

Əhalinin əsas məşquliyyəti maldarlıq, bağçılq, taxılçılq və üzümçülük olub.

Həmçinin bax

  • Şıxarx

Ədəbiyyat

  • M. S. Ordubadi, "Qanlı illər", Bakı – 1911;
  • M. N. Qarabaği, "1905 – 1906-cı illərdə erməni-müsəlman davası", Bakı – 1993;
  • R. Abbaslı, "Umudlu qətliyamı. Papravənd müharibəsi";
  • B. Abbasoölu, "Ağdam ağrıları", Bakı – 1993.
  • A. Məmmədov, "Kəngərlər". Bakı – 1996.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızıl Kəngərli haqqında məlumat. Qızıl Kəngərli nədir? Qızıl Kəngərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pirəköcə

  • Mart 01, 2026

    Hüquq fakültəsi

  • Fevral 27, 2026

    Utilitarizm

  • Fevral 24, 2026

    Latınlar

  • Fevral 27, 2026

    Mariya Şimanovskaya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst