Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun Qıpçaq kənd inzibati ərazi dairəsində kənd.
| Qıpçaq | |
|---|---|
| 41°18′09″ şm. e. 46°49′41″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 221 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Qıpçaq | |
Toponimikası
Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar.
Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV–V əsrlərə (M. Şirəliyev), VII–VIII əsrlərə (L.Bünyadov), HI–IV əsrlərə (Q.Voroşil), XI–XII əsrlərə (Q.Qeybul- layev), IX–X əsrlərə (İbn-əl-Əsir) aid edirlər.
Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir.
Coğrafiyası və iqlimi
Kənd Qaraçayın sahilində, Alazan–Əyriçay çökəkliyində yerləşir.
Əhalisi
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan türkləri olan muğallardan ibarət hər iki cinsdən toplam 317 nəfər əhali yaşayırdı.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 162 təsərrüfatda hər iki cinsdən toplam 665 nəfər əhali yaşayır.
1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən kənddə hər iki cinsdən toplam 712 nəfər əhali yaşamaqdadır
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qıpçaq (qax) sözünün mənası, qıpçaq (qax) haqqında məlumat. qıpçaq (qax) nədir? qıpçaq (qax) nə deməkdir?
