Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد, Türkmencə: Gutbeddin Muhommed; ö. 1127, Köhnə Ürgənc), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı A

Qütbəddin Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Qütbəddin Məhəmməd

Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد, Türkmencə: Gutbeddin Muhommed; ö. 1127, Köhnə Ürgənc), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı Anuş Təkinin böyük oğlu idi.

I Məhəmməd
Doğum tarixi XI əsr
Vəfat tarixi 1127(1127)
Uşaqları
  • Əlaəddin Atsız
Atası Anuş Təkin
Fəaliyyəti siyasətçi

1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi.

Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmlərini öyrənmiş, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi. Bu səbəbdən də Xarəzm bölgəsi, yarı müstəqil olaraq idarə edilirdi, ancaq Böyük Səlcuq Dövlətinə bağlı qalmışdı. Qütbəddin Məhəmməd, bu vəzifəsini 30 il kimi uzun bir müddət ərzində müvəffəqiyyətlə icra etmiş və 1127-ci ildə vəfat etmişdir. Səlcuq Sultanı Səncər, gözlənildiyi kimi yerinə yenə sarayda yetişmiş və təhsil görmüş ol an Qütbəddin Məhəmmədin oğlu Əlaəddin Atsızı Xarəzm qubernatoru olaraq təyin etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qütbəddin Məhəmməd haqqında məlumat. Qütbəddin Məhəmməd nədir? Qütbəddin Məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zilqədə

  • Fevral 27, 2026

    Canaxır

  • Fevral 27, 2026

    Radiobiologiya

  • Fevral 27, 2026

    Charkhand

  • Fevral 28, 2026

    Quakamole

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst