Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pərvanə Zəngəzurlu (1958, Acıbac) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Pərvanə Zəngəzurlu

  • Ana Səhifə
  • Vikipediya
  • Pərvanə Zəngəzurlu

Pərvanə Zəngəzurlu (1958, Acıbac) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Pərvanə Zəngəzurlu
Pərvanə Hüsü qızı Mustafayeva
Təxəllüsü Zəngəzurlu
Doğum tarixi 1958(1958) (67–68 yaş)
Doğum yeri
  • Acıbac
Milliyyəti azərbaycanlı
Atası Hüsü Mustafayev
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Kolleci
İxtisası filologiya
Fəaliyyəti müəllimlik, şairlik
Əsərlərinin dili Azərbaycan dili
Janr qoşma
Üzvlüyü
  • Aşıq Pəri Məclisi (2002),
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]

Mündəricat

Həyatı

Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir.

Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb.

2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Kitabları

  • "Qayıt gəl", "Maarif" nəşriyyatı, Bakı: 2000
  • "Dağlar yuxuma girir", "Maarif" nəşriyyatı, Bakı: 2002.
  • "Zəngəzur həsrəti", "Maarif" nəşriyyatı, Bakı: 2003.
  • "Tanrım, məni başdan yarat", "Maarif" nəşriyyatı, Bakı: 2005.
  • "Lal haraylar", "Nurlan" nəşriyyatı, Bakı: 2005.
  • "Vətən qürbətdə qaldı", "Nurlan" nəşriyyatı, Bakı: 2006
  • "Çoxala-çoxala azalan ömrüm", "Şirvan" nəşriyyatı, Bakı: 2009.
  • "Yarı yolda qoyma məni", "Şirvan" nəşriyyatı, Bakı: 2013.
  • "İslam inciləri", "Şirvan" nəşriyyatı, Bakı: 2013.
  • "Həsrət ilə Zəngəzura baxıram", Bakı, "İmza", 2023, 136 səh. ISBN 978-9952-37-322-7

Mükafatları

  • "Xan qızı Natavan".
  • "Qızıl qələm" media mükafatı.
  • "Aşıq Ələsgər – 200" yubiley medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pərvanə zəngəzurlu sözünün mənası, pərvanə zəngəzurlu haqqında məlumat. pərvanə zəngəzurlu nədir? pərvanə zəngəzurlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ultra Jump

  • Fevral 27, 2026

    Beril

  • Fevral 27, 2026

    Qozluçay

  • Fevral 27, 2026

    Quliyev

  • Fevral 24, 2026

    Gülüstan müqaviləsi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst