Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj, Yuxarı Vyenna – 3 dekabr 1919[…] və ya 17 dekabr 1919, Kan-syur-Mer)

Pyer-Ogüst Renuar

  • Ana Səhifə
  • Vikipediya
  • Pyer-Ogüst Renuar

Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[…], Limoj, Yuxarı Vyenna – 3 dekabr 1919[…] və ya 17 dekabr 1919, Kan-syur-Mer) — fransız rəssam, impressionizmin yaradıcılarından biri.

Pyer-Ogüst Renuar
fr. Pierre-Auguste Renoir
fr. Auguste Renoir
Doğum adı Pierre Auguste Renoir
Doğum tarixi 25 fevral 1841(1841-02-25)[…]
Doğum yeri
  • Limoj, Yuxarı Vyenna
Vəfat tarixi 3 dekabr 1919(1919-12-03)[…] (78 yaşında) və ya 17 dekabr 1919(1919-12-17) (78 yaşında)
Vəfat yeri
  • Kan-syur-Mer
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti rəssam, heykəltaraş, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], boyakar[d], memarlıq çertyojçusu[d], qrafika ustası[d], litoqraf, rəssam-sulu boyaçı
Təhsili
  • Milli Gözəl Sənətlər Məktəbi (1862–1864)
Janrlar portret rəssamlığı[d], nü, mifologiya rəssamlığı, peyzaj, Animalistika, məişət janrı, Marina, portret, dini incəsənət[d], natürmort
Stil impressionizm
Tanınmış işləri
  • Mulen de la Qalettdə rəqs gecəsi
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi — 1919 "Fəxri legion" ordeninin zabit dərəcəsi — 1911 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1901
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və yaradıcılığı

Pyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü. Onun rəssamlıq zövqü beləcə formalaşmağa başlamışdır.

Fransız impressionisti Ogüst Renuarın yaradıcılığında insan təsvirləri — qadın və uşaq portretləri xüsusi yer tutur. Fransız impressionistləri əsasən mənzərə janrına üstünlük verdikləri halda, Renuar ailəvi gəzintilərə, rəqs səhnələrinə, süjetli məişət tablolarına üz tutardı.

O uzun illər işləyib pul yığdıqdan sonra 1862-ci ildə İncəsənət məktəbinə adını yazdırdı. Məktəbdə rəssam Qleyrenin emalatxanasında işləməyə başladı. Bazille, Monet, Sisley kimi gənc rəssamlarla burada tanış oldu.

Pyer-Ogüst Renuar, 1910-cu il

İllər sonra yaranacaq impersionizm cərəyanı beləcə meydana çıxırdı. Renuar Kourbet tərzinə uyğun olaraq tünd rəgnlərə üstünlük versə də, rəssam tanışları daha açıq rənglərdən istifadə edirdilər.

Növbəti il onlara başqa gənc rəssamlar da qoşuldu. Vaxtlarının çoxunu Luvr Muzeyində və Fontaneybl meşəsində keçirirdilər. Meşədə rəsm çəkdiyi günlərin birində Diaz la Pena adlı ispan rəssamı ilə tanış oldu. Barbizon məktəbinin keçmiş müəllimi olan Diazdan təbiətə sevgini və rəngləri necə istifadə etməyi öyrəndi. Diaz, ona gördüyü mənzərənin rəngələrini daha parlaq bir formada kətana köçürtməli olduğunu göstərdi.Əsərlərindən biri 1863-cü ildə rəsm sərgisinə qəbul edilmişdisə də, sonradan qalereya sahibi bu rəsmdən imtina etdi. Renuarın sevdiyi rəssam Kourbet belə həmin illərdə rəsm sərgilərinə buraxılmırdı.

Sərgidə nümayiş olunmayan əsərin müştəri tapmağı olduqca çətin idi. 1863-cü il sərgisinə heç bir dostunun rəsmi qəbul edilməmişdi. 1867-ci ilə qədər onun rəsmləri sərgiyə qəbul edilmədi. Münsiflər heyəti onun əsərlərini həddən artıq yenilikçi kimi qiymətləndirirdi. 1868-ci ildə "Lize" adlı əsəri sərgiyə qəbul olundu. 29 yaşlı rəssamın əsəri Parisdə böyük səs-küyə səbəb oldu.

1870-ci ildə Almaniyanın Fransaya qarşı savaşa başlaması Renuarın yaşamında və yaradıcılığında dəyişikliyə səbəb oldu. Cəbhəyə gedən rəssam sonradan xəstəliyi üzündən ordudan tərxis edildi. Yenidən yaradıcılığa başlayan sənətkar iki məşhur əsərini yaratdı. Onlardan biri dostunun sevgilisinin portreti, o birisi isə "Qadın tutuquşu ilə" əsəri idi. Bu əsərdə yenə də əsas obraz sevimli Liza idi.

1874-cü ildə Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgini açmaq mümkün olur. Bu sərgi sayəsində xalq bu rəssamları tanımağa başladı. Renuar bu sərgiyə "Luca" adlı əsəri ilə qatılmışdı.

Renuar 1870–1880-ci illər arasında imperssionalizmin ən gözəl əsərlərini yaratdı. 1880-ci ildə sevdiyi model Alina Çarioqot ilə evləndi. 1881-ci ildə İtaliyaya səyahət etdi. Bu səfərdən sonra rəsm həyatında yeni bir dövr başlandı. O, bu hadisəni belə şərh edirdi: "İtaliyada Raffaellonun rəsmlərini gördükdən sonra rəsmlərimdə bir qırılma oldu. İmpersionizmin ən son nöqtəsinə çatdıqdan sonra anladım ki, əslində mən nə rəsm çəkməyi, nə rəngləməyi bacarmıram".

1895-ci ildə Renuar artrit xəstəliyinin kəskin formasından əziyyət çəkirdi. Onun barmaqları əcaib hala düşmüşdü, əli fırça tutmurdu. Fırçanı onun əlinə bağlayırdılar. Ömrünün son günlərinə qədər metr hər gün molbert önünə keçib sol əliylə sağ əlinə dəstək verərək səbrlə işləyirdi. Xəstəlik öz işini görürdü, işləmək hər gün bir az daha çətinləşirdi, barmaqları iflic olmuş, fiziki ağrılardan, mütəmadi yuxusuzluqdan əzab çəkən qoca rəssam rəsm əsərləri yaratmaqda davam edirdi.

Renuar yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulur. 1903-cü ildə ölkənin cənubundakı Caqnes şəhərinə köçür. 1915-ci ildə həyat yoldaşı, dörd il sonra — 1919-cu ildə isə Renuar vəfat edir.

Qalereya

  • 1866
    1866
  • 1868
    1868
  • 1868
    1868
  • 1872
    1872
  • 1873
    1873
  • 1874
    1874
  • 1874
    1874
  • 1875
    1875
  • 1875
    1875
  • 1876
    1876
  • 1876
    1876
  • 1876
    1876
  • 1877
    1877
  • 1878
    1878
  • 1879
    1879
  • 1879
    1879
  • 1880
    1880
  • 1881
    1881
  • 1881
    1881
  • 1882
    1882
  • 1882–1883
    1882–1883
  • 1883
    1883
  • 1883
    1883
  • 1883
    1883
  • 1883
    1883
  • 1885
    1885
  • 1885
    1885
  • 1885
    1885
  • 1885
    1885
  • 1887
    1887
  • 1888
    1888
  • 1894
    1894
  • 1894
    1894
  • 19 əsr
    19 əsr
  • 1895
    1895
  • 1896
    1896
  • 1908
    1908
  • 1910
    1910
  • 1917
    1917
  • 1919
    1919
  • 1875
    1875
  • 1876
    1876
  • 1910
    1910
  • 1910
    1910
  • 1867
    1867
  • 1875
    1875
  • 1883
    1883
  • 1887
    1887
  • 1888
    1888
  • 1895
    1895
  • 1910
    1910
  • 1910
    1910
  • 1914
    1914
  • 1916
    1916
  • 1918
    1918

Əsərləri

  • "Böyük çimərlik"
  • "Lize"
  • "Yaz çiçəkləri"
  • "Esmeralda avaralar arasında rəqs edir"
  • "Liza çətirlə"
  • "Luca"
  • "Günəş işığında çılpaq"
  • "Gəzinti"

Həmçinin bax

  • Anri Russo
  • Moris Utrillo
  • Cüzeppe Penone
  • Renuar (film, 2012)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pyer-Ogüst Renuar haqqında məlumat. Pyer-Ogüst Renuar nədir? Pyer-Ogüst Renuar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elida (şəhər)

  • Fevral 24, 2026

    Arazboyu əməliyyatlar

  • Fevral 27, 2026

    Hacıqabul

  • Fevral 26, 2026

    Dortmund

  • Fevral 27, 2026

    Praqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst