Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur.

Pozitivizm

  • Ana Səhifə
  • Vikipediya
  • Pozitivizm

Pozitivizm (lat. positivus — müsbət) — XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri. Banisi Fransa filosofu və sosioloqu Ogüst Kont hesab olunur.

Ogüst Kont

Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir.

Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir.

İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.

Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir: I mərhələnin nümayəndələri O. Kont, E. Litter, P. Laffit (Fransa), Con Stüart Mill, Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya — idrakın inkişafının 3 mərhələsi qanunu (Kont), və məntiq problemləri ilə (Mill) yanaşı pozitivistlər sosiologiyaya da mühüm yer vermişlər

II mərhələ — empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70–90-cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak problemləri subyektivizmə keçən ifrat psixologizm mövqeyindən şərh olunurdu.

III mərhələ kimi neopozitivizmin meydana gəlməsi Vyana dərnəyinin (O. Neyrat, R. Karnap, M. Şlik və s.) və Berlin empirik fəlsəfə cəmiyyətinin (Reyxenbax, F. Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar da bir çox cərəyanları — məntiqi atomizmi, məntiqi pozitivizmi, ümumi semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas yer verərək, psixologizmi rədd edir, "elm məntiqinin" riyaziyyatla yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə getmişlər.

Həmçinin bax

  • Neopozitivizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pozitivizm haqqında məlumat. Pozitivizm nədir? Pozitivizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    11 mart

  • Fevral 24, 2026

    Manna

  • Fevral 25, 2026

    Alabama

  • Fevral 24, 2026

    Fici

  • Fevral 21, 2026

    Fransız dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst