Plevron (q.yun. Πλευρών) — yunan mifologiyasında Etol və Pronoyanın oğullarından biri. O, Etoliyada yerləşən Plevron şəhərinin banisi və eponimi. O, Dorun qızı Ksantipp ilə evlənmişdir. Onun övladları Agenor, Sterop, Stratonika və Laofontadır.
| Plevron | |
|---|---|
| q.yun. Πλευρών | |
| Mifologiya | qədim yunan mifologiyası |
| Cinsi | kişi[d] |
| Atası | Etol |
| Uşaqları |
|
Lakonikada Plevronun ziyarətgahı var idi. Burada tapılan şəcərələrdən birinə görə, o, oğlu vasitəsilə Ledanın ulu babasıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Plevron (mifologiya) haqqında məlumat. Plevron (mifologiya) nədir? Plevron (mifologiya) nə deməkdir?