Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tek

Platforma (coğrafiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Platforma (coğrafiya)

Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir:

  1. Altda — qırışıq qatı.
  2. Üstdə — çöküntü süxurlarının olduğu qat.

Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar).

Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.

Platformada çox az da olsa yüksələn və çökən hissələr mövcuddur. Bu yüksələn hissələrə antikliz, çökən hissələrə isə sinekliz deyilir. Qədim ərazilər olan platformalar çox qıvrıla bilmədiklərinə görə bəzən qırılmalara məruz qalır. Qırılan yerlərin yüksəkdə qalan hissələrinə horst, çökən hissələrinə isə qraben deyilir. Bəzən qrabenlərə su yığılır və tektonik mənşəli göllər əmələ gəlir (Baykal, Tanqanika, Nyasa və s.).

Yaşına görə platformalar 2 yerə ayrılır:

  1. Cavan (Fanerozoy yaşlı). Məsələn, Ön Qafqaz, Turan və Qərbi Sibir.
  2. Qədim (Kriptozoy yaşlı). Qədim platformalar materiklərin əsasını təşkil edir:
  • 1. Şimali Amerika (Kordilyeri çıxmaq şərti ilə)
  • 2. Cənubi Amerika (Andı çıxmaq şərti ilə)
  • 3. Antraktida (Qərb hissəsini çıxmaq şərti ilə)
  • 4. Afrika (Atlasları və şərqini çıxmaq şərti ilə)
  • 5. Avstraliya
  • 6. Avrasiya (bir neçə platforma var: Şərqi Avropa, Sibir, Çin-Koreya, Hindistan və Ərəbistan)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Platforma (coğrafiya) haqqında məlumat. Platforma (coğrafiya) nədir? Platforma (coğrafiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Çim

  • Fevral 27, 2026

    İcarəlik xətt

  • Fevral 27, 2026

    Ardıc

  • Mart 01, 2026

    Qaetano Donizetti

  • Fevral 27, 2026

    Qraf (riyaziyyat)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst