Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Piura (isp. Piura) — Peruda yerləşən, eyniadlı Piura bölgəsinin paytaxtı olan şəhər. Şəhər Perunun paytaxtı Limadan 973 kilometr aralıda, Piura çayının sahilind

Piura

  • Ana Səhifə
  • Vikipediya
  • Piura

Piura (isp. Piura) — Peruda yerləşən, eyniadlı Piura bölgəsinin paytaxtı olan şəhər. Şəhər Perunun paytaxtı Limadan 973 kilometr aralıda, Piura çayının sahilində yerləşir.

Piura
San Miguel de Piura
Bayraq Gerb
Bayraq Gerb
10° c. e. 80° q. u.HGYO
Ölkə
  •  Peru
Tarixi və coğrafiyası
Əsası qoyulub 1532
Sahəsi
  • 621,2 km²
Mərkəzin hündürlüyü 34 m
Əhalisi
Əhalisi
  • 473.025 nəf. (2017)
Rəqəmsal identifikatorlar
Telefon kodu +51 73
Poçt indeksi 20001
Xəritəni göstər/gizlə
Piura xəritədə
Piura
Piura
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Peruda sənaye mərkəzi olan bu şəhərdə hindulara məxsus müxtəlif mədəniyyətlərə aid eksponatlar nümayiş etdirilən muzeylər yerləşir.

Tarixi

Piuranın əsası 1532-ci ildə ispan konkistadoru Fransisko Pisarro tərəfindən qoyulmuşdur. Bu İspan müstəmləkəçilərinin Cənubi Amerikadakı ilk şəhərlərindən biri idi. "Piura" adı yerli Quechua dilindən gəlir və "isti yer" mənasını verir, bu, şəhərin isti iqliminə işarədir.

Şəhər Peru sahil düzənliyində, Sakit okeana yaxın bir ərazidə yerləşir. Təxminən 500,000-dən çox sakini var və regionun ən böyük şəhərlərindən biridir. Piura şəhərinin yerləşdiyi ərazi ispanlar gəlməmişdən əvvəl müxtəlif yerli mədəniyyətlərin məskəni olmuşdur. Ərazidə əsasən Tallán, Vicús və daha sonra Moçe və Çimú mədəniyyətləri hökm sürmüşdür. Bu mədəniyyətlərin ən böyüyü İnk imperiyası idi ki, İspan müstəmləkəçiləri gəlməzdən əvvəl ərazidə onlar hakim idi. İlk olaraq şəhər "San Miguel de Piura" adlandırılmışdır. Şəhər indiki yerinə köçürülməzdən əvvəl bir neçə dəfə yeri dəyişdirilib. Piura ispanların Cənubi Amerikada hakimiyyət qurması üçün strateji mərkəz olmuşdur. Buradan digər ərazilərə müstəmləkəçi ekspedisiyalar təşkil edilmişdir. 1821-ci ildə Peru müstəqilliyini elan etdikdə, Piura şəhəri də azadlıq uğrunda mübarizəyə öz dəstəyini vermişdir. Şəhər azadlıq hərəkatının liderlərindən biri olmuşdur.

XIX əsrdə Piurada kənd təsərrüfatı və ticarət inkişaf etmişdir. Xüsusilə pambıq istehsalı və ixracı şəhərin iqtisadiyyatını gücləndirmişdir.

XX və XXI əsrlərdə Piura həm mədəni, həm də iqtisadi cəhətdən inkişaf etmişdir. Şəhər kolonial dövrün memarlıq nümunələri və tarixi abidələri ilə turistləri cəlb edir. Ətrafındakı çimərliklər və qastronomik irs də turistlər üçün maraqlıdır.

Şəhərdə bir çox mədəni və təhsil müəssisələri mövcuddur. Burda məşhur Piura Universiteti fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Piura haqqında məlumat. Piura nədir? Piura nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Panama kanalı

  • Fevral 27, 2026

    ETA

  • Fevral 27, 2026

    Hoplit

  • Fevral 27, 2026

    Demiurq

  • Fevral 27, 2026

    E.ə. 48

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst