Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pitekantrop — XIX əsrin sonlarında Yava adasında, Trinil yaxınlığında avstrolopitekə nisbətən daha mükəmməl və insana daha artıq bənzəyən meymunların qalıqları

Pitekantrop

  • Ana Səhifə
  • Vikipediya
  • Pitekantrop

Pitekantrop — XIX əsrin sonlarında Yava adasında, Trinil yaxınlığında avstrolopitekə nisbətən daha mükəmməl və insana daha artıq bənzəyən meymunların qalıqları tapılmışdır. Tədqiqatçılar onların Kaynazoy erasının dördüncü dövründə yaşadıqlarını aşkar etmişdir. Bu cür meymunların ilk nümunəsi hollandiyalı həkim Dübua tərəfindən 1891–1892-ci illərdə kəşf edilmiş və Pitekantrop (meymun- insan) adlandırılmışdır.

1936-cı ildə Yava adasındakı Modcokerto şəhəri yanında daha bir pitekantrop uşağın kəllə sümüyü tapılmışdır. Bu vaxtadək yeddi pitekantropun sümüyü tapılmışdır. Adından göründüyü kimi, pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla neandertal insan arasındakı keçid formasının bir nümunəsidir. Bunu pitekantropun tapılmış qalıqlarında həm meymunlara və həm də insana xas olan əlamətlərin olması da sübut edir. Məsələn; onun kəllə sümüyünün zahiri görünüşü, gözüstü alın sümüyünün qabağa çıxması, alının kiçikliyi, bəzi dişlərin quruluşu və s. meymunlar üçün xarakterikdir. Pitekantrop təxminən 700–27 min il bundan əvvəl yaşamışdır. Avstropiteklərə nisbətən pitekantropun geniş alnı beynin inkişaf etmiş olduğunu göstərir. Həcmi etibarilə pitekantropun beyni də insana ən yaxın olmaqla müasir meymunların beynindən bir yarım və yaxud iki dəfə artıqdır(ən iri qorilla kəlləsinin həcmi 600 sm³, pitekantropun beyin həcmi isə 850–900 sm³ idi). Tapılmış bir neçə sümüyü pitekantropun artıq iki ayaq üstə şaquli vəziyyətdə yeridiyini sübut edir. İnkişaf dərəcəsinə görə pitekantrop antropoidlərə daha yaxındır. Pitekantropun dövründə meşələrdə çoxlu sitrus və dəfnə ağacları bitmiş, bu meşələrdə çoxlu vəhşi camış, gərgədan, donuz, meymun, bəbir və pələng, hətta fil yaşadığını demək olar.

Bu heyvanların çoxu vaxtilə Yava adasında püskürmüş böyük vulkan nəticəsində kül və torpaq altında qalıb məhv olmuşdur. (Trinil sümük təbəqəsi). Ehtimal ki, sümükləri tapılmış pitekantroplarda bu zaman məhv olmuşdur. İndiyədək pitekantrop məskənlərinə təsadüf edilməmişdir, lakin pitakantropun işlətdiyi silahlar haqqında az da olsa məlumatımız vardır. Yava adasının cənubunda pitekantropun sümükləri tapılmış yer qatlarında alimlər Kvars daşından qayrılmış bir neçə kobud silah tapmışlar. Beləliklə, pitekantrop və ona yaxın canlıların əmələ gəlməsi ilə insanın formalaşmasında ilk mərhələnin başa çatdığını demək olar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pitekantrop sözünün mənası, pitekantrop haqqında məlumat. pitekantrop nədir? pitekantrop nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Gərməşöylü

  • Mart 06, 2026

    Debüt

  • Fevral 27, 2026

    Torres boğazı

  • Fevral 23, 2026

    10 noyabr

  • Mart 05, 2026

    Saltuklu bəyliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst