Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xocalı rayonunun Xramort kənd inzibati ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati ərazi vahidi Pirlər kənd inzibati ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
| Pirlər | |
|---|---|
| 39°59′27″ şm. e. 46°50′11″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 575 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Pirlər | |
Toponimikası
Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir.
Tarixi
1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Coğrafiyası və iqlimi
Kənd dağ ətəyi ərazidə yerləşir.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pirlər sözünün mənası, pirlər haqqında məlumat. pirlər nədir? pirlər nə deməkdir?
