Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirdirəyi — Şamaxı şəhərindən şimal-qərbdə, Gülüstan qalasının qalıqlarından şərqdə yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1049,4 m, şəhər səviyyəsindən i

Pirdirəyi

  • Ana Səhifə
  • Vikipediya
  • Pirdirəyi

Pirdirəyi — Şamaxı şəhərindən şimal-qərbdə, Gülüstan qalasının qalıqlarından şərqdə yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1049,4 m, şəhər səviyyəsindən isə 350 m.

Pirdirəyi
Dağın Gülüstan qalasının qalıqlarından görüntüsü
Dağın Gülüstan qalasının qalıqlarından görüntüsü
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 1049,4
Yerləşməsi
40°39′16″ şm. e. 48°37′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Pirdirəyi xəritədə
Pirdirəyi
Pirdirəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

X əsrin birinci rübündə Şamaxının Şirvanşahların paytaxtı və Şirvanın mühüm və vacib şəhərlərindən biri olduğu zaman, Pirdirəyi dağının zirvəsində "pir" ziyarətgahı var idi ki, həmin dövrdə şəhərlərdə və kəndlərdə müasir Azərbaycanın ərazisində onlara tez-tez rast gəlmək olardı.

Mündəricat

Arxeoloji tədqiqatlar

Dağın dibindəki arxeoloji tədqiqatların materialları bu ərazinin erkən orta əsrlərə qədər olan tarixini əks etdirir. Dağın şərq dibinin yaxınlığında erkən orta əsrlər dövrü üçün səciyyəvi olan keramik qabların çoxsaylı parçaları tapılmışdır. Sara Aşurbəylinin sözlərinə görə, bu tapıntılar vaxtilə Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərilər.

1967-ci ildə arxeoloqlar dağın dibində yastı qapaqlı və qulpları qabağa çıxan keramik qabların çoxsaylı qırıntılarını yığmışdılar. Taxıl ovma, həvəngdəstəni və üzüm sıxma vannaları şəklində daş alətlər aşkar olunmuşdur. Bu tapıntılar orta əsrlərə xarakterik olan istehsal texnikasının tənəzzülünü göstərir. Arxeoloq Hüseyn Ciddinin sözlərinə görə, bu tənəzzül Bizans, xəzərlilər və sasanilərin arasında olan müharibələr kimi xarici amil və feodal cəmiyyətinin formalaşması kimi daxili amil ilə bağlı idi.

Şamaxı şəhərindən 1 kilometr şimalda yerləşən Piridirəyin geniş yaşayış məskəni Kür-Araz mədəniyyəti materiallarıyla zəngindir. Bu məskən şumlanıb və üzümlüklərlə tutulub. 1970-ci ilin arxeoloji qazıntılar zamanı yaşayış məskəninin ərazisində əkinçilik məhsullarının emalı üçün istifadə olunan daş alətlər, nalşəkilli ocaq altlıqları və keramik qablar aşkar edilmişdir. Yığılmış keramika arasında bəzəkli olanı da var, həmçinin açıq-kremli çalarlı maye gil örtüklü olan saxsı qırıqlar tapılmışdır. Arxeoloq İdeal Nərimanovun sözlərinə görə, Piridirəyi yaşayış yeri Kür-Araz mədəniyyətinin ilkin məskənlər sırasına aiddir.

Qalereya

  • Şamaxı şəhərindən görüntü
    Şamaxı şəhərindən görüntü
  • Adam Olearinin kitabındaki rəsmdə
    Adam Olearinin kitabındaki rəsmdə
  • Yan Streysin kitabındaki rəsmdə
    Yan Streysin kitabındaki rəsmdə
  • Engelbert Kempferin çəkdiyi rəsmdə
    Engelbert Kempferin çəkdiyi rəsmdə

Ədəbiyyat

  • Hüseyn Ciddi О памятнике Пирдиреки // Доклады Академии наук Азербайджанской ССР. — 1968. — Т. XXIV, № 12. — səh. 54–57. (rus)
  • Hüseyn Ciddi Средневековый город Шемаха (IX–XVII века). — Б.: Элм, 1981. — 174 səh. (rus)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pirdirəyi sözünün mənası, pirdirəyi haqqında məlumat. pirdirəyi nədir? pirdirəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mahatma

  • Fevral 27, 2026

    Ana dili

  • Fevral 27, 2026

    Saksoniya

  • Fevral 27, 2026

    PubChem

  • Fevral 23, 2026

    Madjenta (rəng)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst