Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirəkəşkül (əvvəlki adı: Çaylı) — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovet

Pirəkəşkül

  • Ana Səhifə
  • Vikipediya
  • Pirəkəşkül

Pirəkəşkül (əvvəlki adı: Çaylı) — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Pirəkəşkül kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Pirəkəşkül kənd Soveti yaradılmışdır.

Pirəkəşkül
40°28′56″ şm. e. 49°35′30″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1989
Sahəsi
  • 5.200 ha
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.085 nəf. (2015)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0100
Nəqliyyat kodu 01
Xəritəni göstər/gizlə
Pirəkəşkül xəritədə
Pirəkəşkül
Pirəkəşkül
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3085 nəfərdir.

Mündəricat

Toponimikası

Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Pirəkəşkül kəndinin adının mənşəyi çox qədimlərə gedib çıxır. Adın etimologiyası baradə fikirlər demək olar ki, haçalanmır. Əsas üzdə olan və qəbul edilən mülahizə ondan ibarətdir ki, yaşayış məntəqəsinin adı bu ərazidə mövcud olmuş pirin adı ilə bağlıdır. Toponimin tərkibindəki ikinci komponent hind qozundan düzəldilmiş və dərvişlərin gəzdirdiyi nəzir qabının adından — kəşkül sözündəndir. Keçmişdə pirlərin üstündən kəşkül asarmışlar. Pirəkəşkül sözü də mənbəyini burdan alıb.

Tarixi

Pirəkəşkül Azərbaycan SSR tərkibində hərbi əhəmiyyətə malik ərazi idi. 1988-ci il avqustun 25-nə kimi 22-ci briqadanın nəzarəti Türkmənistan SSR-in tərkibindəki Yolotan şəhərindən Pirəkəşkülə köçürülmüşdü.

Kəndin Xızı dağlarının ətəklərində böyük yaylaq yerləri vardı. Əhali əsasən tərəkəmə həyatı sürüb, heyvandarlıqla, xüsusilə qoyunçuluqla məşğul olub, yayda yaylağa, qışda isə qışlağa köç edib. Tarixən bu kənd 5 tirədən ibarət olub: Bədirli, Nağdılı, Xəlilli, Keçəllər, Ortaoba, hər birinin kökü müxtəlif mahallara bağlı olub. Bir vaxtlar burada böyük heyvandarlıq təsərrüfatı varmış. Lakin 1950-ci illərin sonlarında kəndin əhalisini Sumqayıt şəhərinə köçürüblər. 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar milli münaqişə zəmnində Ermənistandan deportasiya ediləndə onları yerləşdirmək üçün Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarına əsasən Qobustan qoyunçuluq sovxozunun ərazisindən 300 ailəyə həyatyanı torpaq fondu ayrılıb. Həmin fonddan Ermənistandan deportasiya edilmiş ailələrə fərdi ev tikilərək kand adı saxlanılmaqla yenidən bərpa olunub.

Pirəkəşkül dağ ətəyində yerləşir. Onu Abşeronun digər kəndlərindən fərqləndirən əsas əlamətlərdən biri odur ki, kəndin yanından Sumqayıtçay keçir. Kəndin ərazisində yetişən çay yemişi öz şöhrətini bu günə qədər saxlamaqdadır. Pirəkəşkülün indiki sakinləri burada 1989-cu ildən məskunlaşdıqlarına görə kənddə tanınmış adamlar yetişməyib. Keçmiş sakinlər isə Abşeronun müxtəlif kəndlərinə və Sumqayıta səpələndiklərinə görə əslən Pirkəşküldən olan tanınmış şəxsiyyətləri ayrıd etmək çətindir.

Qarabağ döyüşlərində kənddən 35 nəfər iştirak edib. Onlardan 8 nəfəri şəhid olub. Kənd ərazisində tarixi abidə yoxdur. Əhali əsasən Bakıdakı sənaye müəssisələrində çalışır, habelə heyvandarlıqla məşğul olur.

Əhalisi

Əhalisinin sayı 3085 nəfərdir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pirəkəşkül haqqında məlumat. Pirəkəşkül nədir? Pirəkəşkül nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lisini

  • Fevral 27, 2026

    Akustik dalğalar

  • Fevral 27, 2026

    Ebbott Barbara

  • Fevral 27, 2026

    Pleystosen epoxası

  • Fevral 27, 2026

    Süngərlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst