Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pfals-Zimmern (alm. Pfalz-Simmern‎), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük ray

Pfals-Zimmern

  • Ana Səhifə
  • Vikipediya
  • Pfals-Zimmern

Pfals-Zimmern (alm. Pfalz-Simmern‎), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük rayonunda yerləşən Müqəddəs Roma İmperiyasının dövlətinin adı idi.

Müqəddəs Roma İmperiyasının tərkib hissəsi
Pfals-Zimmern
alm. Pfalz-Simmern‎
Gerb
Gerb
1444 — 1685
Paytaxt Zimmern
İdarəetmə forması Monarxiya
Sülalə Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Pfals-Zimmern, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini — Pfals-Zimmern və Çvaybrükgeni iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu. Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Fridrix isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Zimmern hakimləri həm də Şponhaym qrafları idilər. Vittelsbax sülaləsinin bu qolu daha sonra Pfals kürfürstlüyünü miras aldı.

Ərazisi

Pfals-Zimmern aşağıdakı torpaqlardan ibarət idi:

  1. Zimmern şəhəri: 1358-ci ildə Rauqraflar (və onların varisləri) şəhəri Pfals kürfürstlərinə satdılar. Zimmern daha sonra ilk hersoq I Fridrixin iqamətgahı oldu. Bu səbəbdən şəhərdə və qalada geniş tikinti işləri aparılmışdır.
  2. Ravenqirsbuq Prioratı: 1408-ci ildə Kirburqun son vildqrafının ölümündən sonra ərazi III Rupert tərəfindən müsadirə edildi və 1410-cu ildə yeni Pfalz-Zimmernə verildi. Bu, ən böyük ərazi kompleksi idi.
  3. Köhnə saray: Raynböllen, Ellern, Dixtelbax, Erbax və Klayn-Veydelbax kəndləri daxil idi.
  4. Yeni saray: Mörşbax, Şnorbax, Valbax və Mutterşid kəndlərindən ibarət idi.
  5. Kumbd ağalığı: 1420-ci ildə Stefan ərazini Bertam fon Vilbeldən və Şöneberq hakimlərindən satın aldı. Ağalığa Klosterkumbd, Georgenhauzen, Bergenhauzen, Budenbax, Rayerşid və Benzvayler kəndləri daxil idi.
  6. Laubax, Bubax və Horn: 1302-ci ildən sonra Pfalsa verildi. Öncələr imperiya ərazisi idi. Laubax və Horn müvafiq olaraq 1360 və 1368-ci illərdə geniş azadlıqlar aldılar.
  7. Rieqenros və Şöneberq

Hersoqları

  1. I Fridrix (1444–1480)
  2. I İohann (1480–1509)
  3. II İohann (1509–1557)
  4. II Fridrix (1557–1559)

Pfals kürfürstləri

  1. III Fridrix (1559–1576)
  2. VI Lüdviq (1576–1583)
  3. IV Fridrix (1583–1610)
  4. V Fridrix (1610–1623)
  5. I Karl Lüdviq (1649–1680)
  6. II Karl (1680–1685)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pfals-zimmern sözünün mənası, pfals-zimmern haqqında məlumat. pfals-zimmern nədir? pfals-zimmern nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Exo (qəzet)

  • Mart 06, 2026

    Junkers

  • Fevral 27, 2026

    Yupik dilləri

  • Mart 06, 2026

    Gülüzü

  • Mart 05, 2026

    İst Finçli

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst