Periferiya və ya periferiya qurğuları ― kompüterə qoşulan və onun mikroprosessoru tərəfindən idarə olunan qurğu. Periferiya qurğuları məlumatı kompüterə daxil etmək və ondan məlumat almaq üçün istifadə olunan köməkçi cihazlardır. Başqa bu termin kompüter sisteminə asanlıqla qoşula və sistemdən çıxarıla bilən cihazlar üçün istifadə olunur.
Kompüterlə əlaqəsinə əsasən periferiya qurğuları bir neçə kateqoriyaya bölünür:
- Giriş qurğuları: siçan, klaviatura, qrafik planşet, təsvir skaneri, barkod oxuyucusu, oyun nəzarətçisi, işıq qələmi, işıq silahı, mikrofon veb- kamera və səsucaldan kimi cihazlar məlumatları və ya təlimatları kompüterə daxil edir;
- Çıxış qurğuları: kompüter monitoru, proyektor, printer, qulaqlıq və kompüter dinamiki kimi cihazlar məlumatın kompüterdən çıxışını təmin edir;
- Giriş/çıxış qurğuları: kompüterdə məlumatın saxlanılması üçün istifadə olunan qurğuları, modem, şəbəkə adapteri və çoxfunksiyalı printer kimi qurğular həm giriş, həm də çıxış funksiyalarını yerinə yetirir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Periferiya qurğuları haqqında məlumat. Periferiya qurğuları nədir? Periferiya qurğuları nə deməkdir?