Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paruyr Hayrikyan (erm. Պարույր Հայրիկյան; 5 iyul 1949, İrəvan) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə

Paruyr Hayrikyan

  • Ana Səhifə
  • Vikipediya
  • Paruyr Hayrikyan

Paruyr Hayrikyan (erm. Պարույր Հայրիկյան; 5 iyul 1949, İrəvan) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə partiyasının rəhbəri

Paruyr Hayrikyan
erm. Պարույր Արշավիրի Հայրիկյան
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1949(1949-07-05) (76 yaş)
Doğum yeri
  • İrəvan
Təhsili
  • Ermənistan Milli Politexnik Universiteti[d] (1956–1966)
Fəaliyyəti siyasətçi, yazıçı, müğənni, söz yazıçısı[d]
Dini Erməni Həvari kilsəsi
hayrikyan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Paruyr Arşaviroviç Hayrikyan 5 iyul 1949-cu ildə İrəvanda anadan olmuşdur.

Təhsili

1956–1966-cı illərdə Nubaraşendə orta məktəbdə təhsil almışdır.

1966–1969-cu illərdə İrəvan Politexnik İnstitutunda oxumuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə İrəvan Politexnik İnstitutunda oxuduğu illərdə başlamış, tələbəliklə yanaşı fabrikdə elektrik işləmişdir.

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətinə görə 1969–1973-cü illərdə həbsdə olmuş və 4 il düşərgələrdə saxlanılmışdır.

Həbsdən sonra 1973-cü ildə İrəvana qayıtsa da burada inzibati nəzarət altında yerləşdirilmişdir. 5 fevral 1974-cü ildən DTK-nın həbs mərkəzinə yerləşdirilmiş, daha sonra qayda pozuntusuna görə 2 il yenidən düşərgələrdə saxlanılmışdır.

1987-ci ildən İrəvana dönmüş və tərəfdarları ilə birlikdə Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaratmışdır.

1988-ci ildə erməni separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmişdir. 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən faciəvi hadisələrin təşkilində sovet hakimiyyətini ittiham etmiş və bunun üstündə onu vətəndaşlıqdan məhrum edərək, onu Efiopiyaya deportasiya ediblər. O, etiraf edirdi ki,

"Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu"

Təzyiqlərə baxmayaraq, o, 1988–1992-ci illərdə SSRİ-də erməni milli xalq hərəkatının lideri olmuş; "Demokratiya və müstəqillik" adlı beynəlxalq təşkilatın sədri seçilmişdir.

Parlamentdə

1990–1995-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı və Ermənistan SSR Ali Sovetinin Dövlət müstəqilliyi və milli siyasət üçün təsdiq daimi komitəsinin üzvü olmuşdur.

1995–1999-cu illərdə də Ermənistan parlamentinin üzvü olmuş və Xarici əlaqələr daimi komitəsinin üzvü idi.

Ermənistan prezidentliyinə namizəd

  • 2003-cü ilin fevralında Ermənistan prezidentliyinə namizəd olmuşdur.
  • 2012-ci ilin dekabrında yenidən Ermənistan prezidentliyinə namizədliyini irəli sürmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, paruyr hayrikyan sözünün mənası, paruyr hayrikyan haqqında məlumat. paruyr hayrikyan nədir? paruyr hayrikyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Müəllif:Cəfər Cabbarlı

  • Fevral 27, 2026

    Qriqol Abaşidze

  • Mart 03, 2026

    Bulun ulusu

  • Mart 07, 2026

    Դ

  • Fevral 27, 2026

    Telşyay qəzası

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst