Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Parkinson xəstəliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Parkinson xəstəliyi

Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Parkinsonizm
Parkinson xəstəlikli pasient. 1886 cı ilə aid şəkil W. R. Gowers
Parkinson xəstəlikli pasient. 1886 cı ilə aid şəkil W. R. Gowers
XBT-10 G20.
XBT-10-KM G20, F02.3
XBT-9 332
XBT-9-KM 332.0, 332
OMIM 168600
DiseasesDB 9651
MedlinePlus 000755
eMedicine neuro/304 
MeSH D010300
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır. Genetik hal PH hallarının cəmi 5%'ini təşkil edir. Genetik keçən Parkinson xəstəliyi (GKPX) autosom dominant və autosom resessiv olmaqla 2 qrupa bölünür. GKPX'yə səbəb olan 11 lokus məlumdur, bunların altısında gen bəllidir: ikisində sinuklein, parkin, UCH-L1, DJ-1 və PİNK1'dir. GKPX ilə sporadik PH arasında patoloji baxımdan heç bir fərq yoxdur. Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir.

Epidemiologiyası

PH'ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir. 35–50 yaşlarda GKPX'yə rast gəlinir (daha çox kişilərdə). 85% sporadik, 10–15% ailəvi, 5% genetikdir. Təhlükəli xəstəliklər qrupuna aiddir.

Etiologiyası

Ümumiyyətlə ailəvi və sporadik olaraq 2 qrupa ayrılır. Ancaq ailəvi PH hallarının hər zaman genetik etiologiya ilə uyğun gəlmədiyi və ailə üzvlərinin uzun müddət eyni ətraf faktorlara məruz qalmalarının xəstəliyi əmələ gətirdiyi məlumdur. Belə ki, ətraf faktorların təsirindən olduğu üçün IPH'ı ailəvi IPH və sporadik IPH olaraq bölürlər. Sporadik IPH'da etioloji faktorlar isə viral infeksiyalar (Influenza A, Von Economo's Encephalitis), təkrarlanan kəllə travmaları və ya bəzi toksinlərdir (Rotenone (bitki kökündən alınan böcəklərin məhvində istfadə olunur) və MPTP (narkotik tipli maddə)).

Klinikası

Ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Üç əsas əlamətdə (istirahət tremoru, əzələlərdə gərginlik (rigidlik) və bradikineziya) PH diaqnozunu rahatlıqla qoymaq olar. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. PH xəstələrinin 85%'ində tremor rast gəlinir. Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, göz qırpmanın azalması, qolların sallanmasının çətinləşməsi (gərgin olur) başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə PH'ın vacib əlamətlərindəndir. Başın bükülməsi, gövdənin əyilməsi və yuxarıdakı əlamətlər motor əlamətlərdir.

Həmçinin bax

  • Amimiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Parkinson xəstəliyi haqqında məlumat. Parkinson xəstəliyi nədir? Parkinson xəstəliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İslandiya Universiteti

  • Fevral 27, 2026

    Silviya Plat

  • Fevral 15, 2026

    Andorra

  • Fevral 27, 2026

    Likiyalılar

  • Fevral 24, 2026

    Kaspi (qəzet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst