Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paris katakombaları (fr. Catacombes de Paris) — Parisin altında yerləşən Roma imperiyası dövrünə aid geniş tunel sistemi. Bu yer “Ölülər şəhəri” də adlanır. Bur

Paris katakombaları

  • Ana Səhifə
  • Vikipediya
  • Paris katakombaları

Paris katakombaları (fr. Catacombes de Paris) — Parisin altında yerləşən Roma imperiyası dövrünə aid geniş tunel sistemi. Bu yer “Ölülər şəhəri” də adlanır. Burda olan labirintvari tunellər 800 hektar sahəyə malikdir. XVIII əsrin sonu ilə XIX əsrin ortaları arasında şəhər qəbiristanlıqlarının həddindən artıq dolmasını aradan qaldırmaq üçün təxminən 6 milyon insanın qalıqları burada dəfn edilmişdir. Yeraltı qəbiristanlığın ümumi sahəsi 11.000 m2-dir. Hazırda katakombalar Karnavalet muzeyinin bir hissəsidir və ərazilərinin bir hissəsi ictimaiyyət üçün açıqdır. Hər il katakombaları 500.000-dən çox insan ziyarət edir.

Paris katakombaları
Catacombes de Paris
Ölkə
  •  Fransa
Yerləşir XIV arondisman
Tikilmə tarixi 1787
Rəsmi sayt catacombes.paris.fr
48°50′02″ şm. e. 2°19′56″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Muzeyə giriş binanın sol tərəfindədir

XVIII əsrin sonlarında Parisdə qəbiristanlıqlar həddindən artıq dolmuşdu. Xüsusilə Les İnnokents qəbiristanlığı çürümüş cəsədlərlə dolu olduğundan, iylər yayılmağa və xəstəliklərə səbəb olmağa başlamışdı. Bu problemin həlli üçün 1786-cı ildə Fransa hökuməti belə bir qərar qəbul etdi ki, şəhərin altındakı köhnə daş karxanaları insan qalıqlarının yerləşdirilməsi üçün istifadə edilsin. Bu böyük köçürmə prosesi 1786-cı ildən 1814-cü ilə qədər davam etdi və təxminən 6 milyondan çox insanın cəsədlərinin qalıqları buraya köçürüldü.

Paris katakombaları təxminən 300 km uzunluğunda yeraltı tunellərdən ibarətdir, lakin yalnız 1.5 km-lik hissəsi turistlər üçün açıqdır.

Burda dərinlik təxminən 20 metr, sistemin ümumi sahəsi isə 11,000 m² təşkil edir. Katakombalara əsas giriş Denfert-Roçereau metrosu yaxınlığındadır. Burada qədim daş karxanaları və insan skeletlərinin maraqlı kompozisiyalarını görmək mümkündür. Bəzi divarlarda dini yazılar və mistik mesajlar həkk olunmuşdur.

Paris katakombaları çoxsaylı qorxulu hekayələr və əfsanələrlə doludur. Ziyarətçilərin bəziləri burada qəribə səslər, pıçıltılar eşitdiklərini bildiriblər. Ən məşhur əfsanələrdən biri Filibert Aspairt adlı bir adamın itməsi ilə bağlıdır. 1793-cü ildə Filibert adlı bir adam burada itmiş və 11 il sonra cəsədi tapılmışdır. Onun skeleti katakombaların dərinliklərində tapılan yeganə insan qalığıdır.

Paris katakombalarının çox hissəsi ictimaiyyət üçün bağlıdır. Bəzən polis bu gizli tədqiqatçıları tutaraq cərimələyir (cərimənin həcmi təxminən 60 avro təşkil edir), amma bu, onların tunelləri araşdırmalarına mane olmur. Hətta bəzi tədqiqatçılar burada gizli teatr və qonaqlıq məkanları tapıblar.

Ədəbiyyat

  • Quigley, Christine (2001) Skulls and skeletons: human bone collections and accumulations. McFarland, Jefferson, NC, US. pp. 22–29
  • Riordan, Rick (2008) The 39 Clues Book 1: The Maze of Bones. Scholastic Inc. pp. 169–176

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paris katakombaları haqqında məlumat. Paris katakombaları nədir? Paris katakombaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hotakilər

  • Fevral 26, 2026

    Dərviş

  • Fevral 27, 2026

    Holon

  • Fevral 24, 2026

    Süleyman Rəhimov

  • Fevral 28, 2026

    Çinili köşk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst