Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir

Parfiyalı Muza

  • Ana Səhifə
  • Vikipediya
  • Parfiyalı Muza

Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə. 2-ci ildə IV Fraatı zəhərləyir və oğlu V Fraat ilə imperiyaya hakimlik edir. Buna baxmayaraq, onların hakimiyyəti qısaömürlü olur. Parfiya aristokratiyası Muzanı oğlu ilə birlikdə Romaya qaçmağa məcbur edir və III Orod şah seçilir.

Muza
q.yun. ΜΟΥΣΗ
Muzanın portreti. Parfiya draxmasının əks üzü. Ekbatana.
Muzanın portreti. Parfiya draxmasının əks üzü. Ekbatana.
Parfiya məlikəsi
e.ə. 2 – b.e. 4
ƏvvəlkiIV Fraat
SonrakıIII Orod
Şəxsi məlumatlar
Doğum tarixi təq. e.ə. 46(-046)
Doğum yeri
  • İtaliya[d], Qədim Roma
Vəfat tarixi I əsr
Vəfat yeri
  • Roma imperiyası
Milliyyəti italiyalı
Fəaliyyəti siyasətçi, hökmdar[d]
Həyat yoldaşı IV Fraat
Uşağı V Fraat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muza İran tarixində üç qadın hakimdən birincisi idi. Onlardan digərləri VII əsrdə yaşamış, Sasanilər imperiyasına hakimlik etmiş Borandoxt (630) və Azərmedoxt (630–631) bacıları idi.

Mündəricat

Həyatı

Güclənməsi

Muza əslən İtaliyadan olan bir kölə idi. O, e.ə. 53-cü ildə Karr döyüşündə itirilən akvilalar, eləcə də sağ qalmış bütün müharibə əsirləri əvəzində IV Fraatın oğurlanmış oğlunun qaytarılması haqqında olan bir müqavilənin imzalanması şərəfinə e.ə. 20-ci ildə Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. Parfiyalılar bu mübadiləni şahzadəni geri almaq üçün verilən kiçik bir qurban hesab edirdi. Emma Struqnell irəli sürür ki, Oktavian Avqust Muzanı Parfiyaya casusluq etmək, ya da ki Parfiya şahanşahına təsir göstərmək üçün göndərir. O, əlavə edir: Avqust Parfiyaya potensial bir ağır hücum həyata keçirməyi, oranı Romanın bir vilayətinə çevirməyi arzulayırdı". Əvrəman perqamentlərinə görə, IV Fraatın o vaxt daha dörd məlikası var idi. Onlar Olenyer, Kleopatra, Bazeyrta və Bisteybanaps idi. Muza tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilmişdir. Onun oğlu Fraatak (aha sonra V Fraat) e.ə. 19-cu ildə anadan olmuşdur. Taxt-tacı öz oğlu üçün qorumaq istəyən Muza e.ə. 10/9-cu ildə IV Fraatla danışır ki, oğullarının dördünü Romaya göndərsin və varislik üstündə münaqişə baş verməsin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Parfiyalı Muza haqqında məlumat. Parfiyalı Muza nədir? Parfiyalı Muza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qoşavəng monastırı

  • Fevral 27, 2026

    Elektron sənaye

  • Mart 01, 2026

    Mahir Əsədov

  • Fevral 27, 2026

    Holşteyn-Qlükştadt

  • Fevral 24, 2026

    12 sentyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst