Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkçülük, Türkizm və ya Pantürkizm — Türk xalqlarının mədəni, siyasi birliyini və yüksəlişini hədəfləyən ideologiya. Türkçülük və Turançılıq ideologiyaları bir

Pantürkizm

  • Ana Səhifə
  • Vikipediya
  • Pantürkizm

Türkçülük, Türkizm və ya Pantürkizm — Türk xalqlarının mədəni, siyasi birliyini və yüksəlişini hədəfləyən ideologiya. Türkçülük və Turançılıq ideologiyaları bir-biri ilə əlaqəlidir. 1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış ictimai-siyasi hərəkatdır.

Türkçülərin məqsədi olan ölkənin bayrağı
Türklərin yaşadığı ərazilər

Tarix

2009. İstanbul. Türkçülərin mərasimi

1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşviq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür.

Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu. İsmayıl Qaspiralı həmçinin vahid türk dilinin unitifikasiyasında ilk addım atıb. O vahid türk dilini, orada olan fars və ərəb mənşəli sözlərdən təmizləməsi ilə başlayıb. Onun fikrincə bu dil bütün dünyada türk xalqlarının dili olmalı idi. Türk xalqlarının konsolidasiyası yolunda sonrakı addım 1902-ci ildə Qahirədə buraxılan "Türk" jurnalı oldu. Jurnalın səhifələrində Pantürkizm ideologiyasının, digər iki Qərbləşmə və İslamlaşma fikirlərinə alternativ kimi göstərilirdi. Bunun ən mükəmməl seçim olduğu duyulurdu. Pantürkizm haqda ən birinci elmi-teorotik fikir Yusuf Akçurunun 1904-cü ildə işıq üzü görən "Üç Tərzi Siyasət" məqaləsidir. Bu Pantürkizmin ideoloji və elmi cəhətdən mükəmməl olduğu haqdadır. Dörd il sonra 1908-ci ildə azərbaycanlı filosof Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Zamanlaşmaq" əsərində bu ideologiyanın davamlı təzahüri hiss olunur. Bir İdeologiya kimi Pantürkizm XIX əsrdə Panislamizm və Panqərbləşməyə güclü alternativ olaraq formalaşmışdır. Və məhz Osmanlı İmperiyasının "gənctürk" adlandırılan hökumətinin Pantürkizm siyasəti nəticəsində 1917–20-ci illərdə Azərbaycan türklərinə Türkiyə türkləri böyük yardımlar ediblər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pantürkizm haqqında məlumat. Pantürkizm nədir? Pantürkizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Vilayət ayəsi

  • Fevral 27, 2026

    2NE1

  • Fevral 27, 2026

    ABŞ ədəbiyyatı

  • Fevral 26, 2026

    Angela Merkel

  • Fevral 28, 2026

    Timur Vaynşteyn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst