Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ozan məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Ozan məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Ozan məscidi

Ozan məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Ozan məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Ozan küç ilə Ruhulla Axundov küç kəsişməsi.
Tikilmə tarixi 1884
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3989
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°40′18″ şm. e. 46°20′56″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Haqqında

Ozan məscidi 1884-cü ildə Ozan məhəlləsinin sakinlərinin hesabına Gəncə şəhərində tikilib. Lakin abidənin giriş tağının üzərindəki kitabədə isə onuntikinti tarixi kimi 1786-cı il göstərilib. Tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq var.

"Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilib. 1920-ci ildə Gəncə üsyanında şəhəri mühasirəyə alan bolşeviklər tərəfindən açılan top atəşi ilə məscidin bir hissəsi dağılıb. Bundan başqa üsyan yatırılarkən məscidə sığınan yerli əhali məscidin içərisində diri diri yandırılıblar. Əslən gəncəli olan hərbi pilot və mühacir Məmməd Altunbay məsciddə baş vermiş hadisəyə özü şahid olub və bu haqda 1989-cu ildə Ankarada çapdan çıxmış kitabında yazıb. Öz kitabında o qeyd edir ki:

" Ozan camisinin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaradırdı... Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət, qaralıb qalan üzlər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı. Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı. "

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Ozan məscidi də bu dövrdə ibadətə bağlanıb, binasında korlar üçün artel daha sonra isə ərzaq mağazası yerləşib. Məscidin binası 1979-cu ildə bərpa edilib. Daxili divarlarına rəssam Rüstəm Hüseynquliyev tərəfindən rəsmlər çəkilib. Burada Nizami xatirə muzeyi və kitab mağazası fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda məsciddə kitabxana fəaliyyət göstərir.

Həmçinin bax

  • Ozan məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ozan məscidi haqqında məlumat. Ozan məscidi nədir? Ozan məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    IV Eduard

  • Fevral 27, 2026

    Lənkəran güləbrişini

  • Mart 01, 2026

    Quercus afares

  • Mart 01, 2026

    Pyer Loti

  • Fevral 27, 2026

    Martin Bormann

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst