Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Osmanlıçılıq, həmçinin osmanlılıq və ya osmanizm (osman. عثمانلـولـق, türk. osmanlılık, osmanlıcılık) — Osmanlı imperiyasında Birinci Məşrutiyyət dövründən (187

Osmanlıçılıq

  • Ana Səhifə
  • Vikipediya
  • Osmanlıçılıq

Osmanlıçılıq, həmçinin osmanlılıq və ya osmanizm (osman. عثمانلـولـق, türk. osmanlılık, osmanlıcılık) — Osmanlı imperiyasında Birinci Məşrutiyyət dövründən (1876–1878) əvvəl "yeni osmanlılar" mühitində yaranmış siyasi quruluş konsepsiyası.

Osmanlıçılığın meydana gəlməsinə Tənzimat islahatları, xüsusilə 1856-cı ildə elan olunmuş bütün etiqadlara mənsub təbəələrin tam bərabərliyini bildirən Xətti-Hümayun fərmanı, həmçinin dini və etnik mənsubiyyətdən asılı olmayaraq ümumi osmanlı vətəndaşlığını tətbiq edən 1869-cu il Millətlər haqqında qanun töhfə vermişdir.

Osmanlıçılıq Monteskyö və Russonun, eləcə də Fransa inqilabının ideyalarının güclü təsiri altında olmuşdur. Tərəfdarları millətlərin bərabərliyini və imperiya təbəələrinin qanun qarşısında bərabərliyini elan etmişdilər. Millət sistemi pozulmamış, lakin sekulyar təşkilatların rolu artırılmışdır. İbtidai təhsil, hərbi xidmət və baş vergisi həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara şamil olunmalı idi. Osmanlıçılığın müdafiəçiləri bunun dövlət qarşısında duran sosial problemləri həll edəcəyinə inanmışdılar, lakin konsepsiya imperiyanın bir çox təbəəsi tərəfindən rədd edilmişdir. Müsəlmanlar onu öz üstün mövqelərinin ləğv edilməsi, qeyri-müsəlmanlar isə ənənəvi imtiyazların aradan qaldırılması kimi qəbul etmişdilər.

Osmanlıçılıq 1908-ci il Gənc türklər inqilabında və İkinci Məşrutiyyət dövründə (1908–1922) yenidən canlanmışdır. Hakimiyyətə gələn "gənc türklər" onu rəsmi ideologiya elan etmiş və ilkin mərhələdə inqilab nəticəsində imperiyanın bütün xalqlarının bərabərliyinə və vahid osmanlı millətinin yaradılmasına nail olunduğunu bildirmişdilər, lakin milli üsyanlar və müharibələr osmanlıçılıq tərəfdarlarının sayını kəskin azaltmışdır. Birinci Dünya müharibəsinin başlanğıcına qədər konsepsiya tam populyarlığını itirmiş, pantürkizm və panislamizm tərəfindən sıxışdırılıb kənara qoyulmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Osmanlıçılıq haqqında məlumat. Osmanlıçılıq nədir? Osmanlıçılıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cənub slavyanları

  • Fevral 25, 2026

    İranlı

  • Fevral 27, 2026

    Cennifer Lopez

  • Fevral 27, 2026

    Molot (qəzet)

  • Fevral 23, 2026

    3 avqust

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst