Ortaboy tənbəlcüllüt (lat. Gallinago media) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin tənbəlcüllüt cinsinə aid heyvan növü.
| Ortaboy tənbəlcüllüt | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Gruimorphae Dəstə: Yarımdəstə: Scolopaci Fəsilə: Cins: Növ: Ortaboy tənbəlcüllüt | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Statusu
Nadirdir.
Kateqoriyası
(EN). Təhlükə həddindədir.
Qısa təsviri
Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Yayılması
Reproduktiv arealı Avropa və Asiyanın meşə zonasını, qismən də dağ tundranı əhatə edir. Qışlamaq üçün Cənub-Şərqi Asiya və Avstraliyaya qədər miqrasiya edir. Əsas qışlaq yeri Afrikadır . Azərbaycanda miqrant populyasiyası qeyd edilib – apreldə və sentyabrda .
Yaşayış yeri və həyat tərzi
Rütubətli çəmənlikdə, seyrək meşə və kolluqda məskunlaşır. Suya yaxın yerləri xoşlayır. Gecə və alatoranlıq vaxtda fəal olur. Cücü və bitki yeyir.
Məhdudlaşdırıcı amillər
Azalmasının əsas səbəbi bataqlıqların qurudulmasıdır .
Əhali üçün əhəmiyyəti
Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Ramsar, Bern, Bonn konvensiyalarına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Azərbaycanın "Qırmızı Kitab"ına daxil etmək, əhaliyə tanıtmaq, miqrant populyasiyasının ovlanması hallarını ləğv etmək məsləhətdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ortaboy tənbəlcüllüt sözünün mənası, ortaboy tənbəlcüllüt haqqında məlumat. ortaboy tənbəlcüllüt nədir? ortaboy tənbəlcüllüt nə deməkdir?
