Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağı

Oqtay Əsədov

  • Ana Səhifə
  • Vikipediya
  • Oqtay Əsədov

Oqtay Sabir oğlu Əsədov (3 yanvar 1955, Şəhərcik, Qafan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış sədri (2005–2020).

Oqtay Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin sədri
2 dekabr 2005 – 10 mart 2020
ƏvvəlkiMurtuz Ələsgərov
SonrakıSahibə Qafarova
Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı
24 noyabr 2000 – 23 sentyabr 2024
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1955(1955-01-03) (71 yaş)
Doğum yeri
  • Şəhərcik, Qafan rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Dostluq" ordeni "Şərəf" ordeni "Kurmet" ordeni
"Birlik" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışmışdır.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2 dekabr 2005-ci ildən 10 mart 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmışdır. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ilə qudadır.

Təltifləri

  • "Şərəf" ordeni — 29 dekabr 2014
  • "Dostluq" ordeni (Rusiya) — 5 mart 2015
  • "Kurmet" ordeni (Qazaxıstan) — 2018
  • "Birlik" ordeni (MDB) — 10 fevral 2006

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oqtay Əsədov haqqında məlumat. Oqtay Əsədov nədir? Oqtay Əsədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Lək-lək (jurnal)

  • Fevral 27, 2026

    Folk

  • Fevral 27, 2026

    Kerman

  • Fevral 27, 2026

    Kolorado çayı

  • Fevral 24, 2026

    Xocavənd rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst