Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oqtay Salamzadə (1 sentyabr 1930, Cuvarlı, Qaryagin rayonu – 2 aprel 2012) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963

Oqtay Salamzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Oqtay Salamzadə

Oqtay Salamzadə (1 sentyabr 1930, Cuvarlı, Qaryagin rayonu – 2 aprel 2012) — nasir, dramaturq, ilahiyyatçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Jurnalistlər Birliyinin üzvü (1962), Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri doktoru (2000).

Oqtay Salamzadə
Oqtay Məmmədhəsən oğlu Salamzadə
Doğum tarixi 1 sentyabr 1930(1930-09-01)
Doğum yeri
  • Cuvarlı, Qaryagin rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2 aprel 2012(2012-04-02) (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, dramaturq

Mündəricat

Həyatı

Oqtay Məmmədhəsən oğlu Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. O, yalnız peşəkar fəaliyyətində deyil, həm də ailə həyatında uğurlu olmuşdur. Oqtay Salamzadənin üç oğlu var. Onun nəvəsi Nigar Salamzadə isə babasının yolunu davam etdirərək jurnalist olub.

Fəaliyyəti

Əmək fəaliyyəti

Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953–1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959–1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963–1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.

Oqtay Salamzadə 1977–1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979–1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984–1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988–1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989–1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.

O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev fondunun prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbuat orqanlarının heyət üzvü olub.

Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub. Dəfələrlə Bakı Sovetinə deputat seçilmişdir. Keçmiş SSRİ jurnalistlərinin Bolqarıstan, Çexoslavakiya və Hindistan ölkələrinə səfərə çıxan nümayəndə heyətinin tərkibində olmuşdur.

Ədəbi fəaliyyəti

Oqtay Salamzadənin ilk irihəcmli mətbu əsəri "Tahirə" povesti 1956–1957-ci illərdə "Azərbaycan gəncləri" qəzetində təfriqə halında çap olunmuşdur. Onun 1979-cu ildə qələmə aldığı "Aqibət", 1980-ci ildə "Ən gözəl gün", 1988-ci ildə "Gələsən, görəsən" pyesləri respublika dövlət teatrlarında tamaşaya qoyulmuşdur.

Habelə Oqtay Salamzadə "Karvan" jurnalında "Sevgi iztirabı" romanını (1992, № 13,14,26,27), dilimizə çevirdiyi "Qurani-Kərim" anlamını (1990–1991, № 13–24), Füzulinin "Hədiqətüs-süəda" əsərini (1992, № 28–39) dərc etdirmişdir.

Ölümü

2012-ci il aprelin 2-də səhər çağı 82 yaşlı Oqtay Salamzadənin vəziyyəti qəfildən pisləşib və vəfat edib.

Mükafatları

Oqtay Salamzadə Beynəlxalq Jurnalistlər Təşkilatının Qızıl medalı, "Xam torpaqların fəthinə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetrinin Fəxri fərmanları ilə təltif edilmişdir. Həmçinin 1992-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin "Xeyriyyə" mükafatına, 1993-cü ildə Azərbaycan-İran Mədəniyyət Mərkəzinin Tusi adına, Məmməd Araz adına mükafatlarına, 1994-cü ildə isə Beynəlxalq Humanitar Fondunun "Yaddaş", Vahid Xeyriyyə Cəmiyyətinin "Hüsni-gözəllik" mükafatlarına layiq görülmüşdür.

Əsərləri

  • "Bizim nəsil" (1958)
  • "Qızıl torpaq" (1963)
  • "Sənin məhəbbətinlə" (1965)
  • "İsgəndərin övladları" (1968)
  • "Kirovabad" (1973)
  • "İkinci güllə" (1981)
  • "Dünyanın zinəti" (1983)
  • "Odlu peşə" (1986)
  • "Əsrlərin sirri" (1989)
  • "Sevgi iztirabı" (2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oqtay salamzadə sözünün mənası, oqtay salamzadə haqqında məlumat. oqtay salamzadə nədir? oqtay salamzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Mişel Pfayfer

  • Fevral 23, 2026

    14 iyun

  • Fevral 27, 2026

    Dodoma

  • Fevral 27, 2026

    Əsl rakşilər

  • Mart 06, 2026

    Aryen-an-Betmal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst